Təzə notebook problemler

Salam. 1 həftə bunnan qabaq dns-dən HP Pavilion 15-n079sr modelini aldım. Ancaq alan gündən başıma oyun açdı. 8 ram i5 olmasına baxmayaraq adi saytları açanda gözlədir. Ekranın işığını kontrol edən knopkalar işləmir. HP-nin rəsmi səifəsində bu notbuka aid driverlər tapılmır. Bunun səbəbləri nə ola bilər? Malın geydirmə olamsınnan belə problemlər çıxa bilərmi? əvvəlcədən təşəkkür edirəm.

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

Dilsuz (2014-07-15 00:11:56)
Yeni əməliyyat sisteminə ehtiyac yoxdur, sadəcə poqram təminatı (driver, synaptic touchpad və s.) və əlavələr (Flash Player, MV C++, NET Framework və s.) yazılsa normal işləyər.

muslum (2014-07-14 22:12:21)
Sizcə sistemi təzələsəm bu problemlər aradan qalxar?

muslum (2014-07-14 22:11:14)
i5 ram 8 1 tb hard disk olduguna gore xoşuma gəldi aldım. həmdə orda güclü parametrli notbuk tapmaq qəliz məsələdir. Yəni seçim üçün başqa variantım yoxdu

muslum (2014-07-14 21:47:45)
məsələ burasindadir ki olar mənə noutbuku freedos satiblar. sistemi özüm yazdırmışam

Kohne_Dinick (2014-07-14 15:00:57)
Ne qederki gec deyil siz gedin aldiginiz dukana bu modeli basqasile evezlesinler. Indiden beledise gelecekde zemanet bitdikden sonra sizin basiniza bundan da pis oyun getire biler

Dilsuz (2014-07-14 12:41:48)
Salam. Sizin problem əməliyyat sisteminə aiddir. Düymələrin işləməsini təmin edən proqramlar yazılmayıb, gec işləməsinə səbəb əməliyyat sisteminin yüklənməsi olur. Ən yaxşı çıxış yolu, nə qədərki gec deyil aparın aldığınız dükana və tələb edin ki, əməliyyat sistemini yenidən quraşdırsınlar, bütün proqram təminatı ilə bir yerdə.