SEO sualı

Salam Cavablar.net əhli :) Bu dəfə bir qədər qarışıq sualla sizə müraciət edirəm.Məsələn tutaq ki Azərbaycanda olan hansısa datacenterdə saytımız var.Bu saytın xarici ölkələrdə yaşayanlar üçün google nəticələrində çıxmaq ehtimalı var ? (content ingiliscə olduğu təqdirdə və s.) Və ya bu baxımdan yüksək hit almaq üçün ingiliscə olan hər hansı lahiyəyə hostinqi xaricdən almağımızmı daha məqsədə uyğun olar?

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

Orkhan Jafarli (2020-01-08 17:29:13)
Salam, hostinqin müəyyən formada əlaqəsi ola bilər. Məsələn deyək ki, sizin saytınızda məqalə var və Berlin şəhərində yaşayanlar üçün qabağa çıxmağını istəyirsiniz, halbuki saytınız Azərbaycan serverindədir. Bu halda çox az faizlə də olsa əhəmiyyətli ola bilər. Bunun üçün CDN - content delivery networkdan istifadə edib həmin yerə yaxın serverin də sizin saytınızı özündə saxlaması üçün yararlana bilərsiniz. (keşinq haqqda araşdırma edin) Bu saytın sürətinə müsbət təsir göstərəcək. Təbii ki, bunu daha çox böyük həcmli saytlarda istifadə etməniz daha məqsədə uyğun olar. Müxtəlif bölgələr üçün seo xidməti göstəririk. Bunun yararını da görmüşük, heç bir effektinin olmamasını da.

Mr_iLQaR (2015-07-25 16:12:50)
Belə deyim : Seo nə kod deyil , nə bazaya atılmır. Seo sənin bütün fəaliyyətindir. Seo sənin domen adındır. Seo sənin səhifələrinin adlarıdır. Dediyin kodlar isə Seo`nu artırmaq üçün olan vasitələrdir. İstənilən Sayt yaradıldısa onun Seo`su artıq var olur. Saytda material olmasa belə hər hansı axtarış şəbəkəsi onu indexləyə bilirsə artıq o axtarış şəbəkəsində görünür. SEO - Axtarış Motorları Optimizasiyası deməkdir . Yəni saytın axtarış motorlarında ən yüksən yerlərə çıxarmaq cəhdimiz ) Seo üçün çox taktika var amma məncə ən effektivi PR yüksək saytlarda yerləşdiriləcək linklərimiz və Saytımızın Domen adının SEO üçün planlaşdırılan axtarış mətninə birbaşa yaxın və ya bərabər olması. Məsələn çox rahat olar ki, xezine.net saytını axtarış saytlarında "maraqlı məlumatlar" axtararkən 1-ci sırada gətirmək , nəinki digər məlumat saytları və s.

E. Hacı (2014-07-15 08:00:06)
Salam, hətta deyərdim ki əlaqəsi yoxdur :) Harda açırsınız açın, google ona fikir vermir. O mənada verə biler ki datacenter uzaqdadır deyə sayt zeif açıla rəqiblərə nisbətən. Bildiyiniz kimi google relevant lıq meyarları mürəkkəbdir, bir cox parametrlərə baxılır. Amma sayt normal suretle acirsa ve dili xarici locationda yaşayan insanlara uyğundursa o halda təbii ki axtarisda çıxmağına hec bir maneə yoxdur

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

all in one seo pack haqqinda

Silinmiş sayt linki google-dan neçə günə tam silinir?

Google axtarışında önə çıxmaq

Web sayt üçün seo və adsense məsləhəti

Saytımın Yazıları Googlede Tam Görsənmir

Agentlik açmaq istəyirəm.