Mobil telefon seçimi

Hər kəsə salam Mən mobil telefon almaq istəyirəm 3 seçim arasında qalmışam 1)Samsung Galaxy Note3 2)Samsung Galaxy S5 3)Aplle İphone 5s Seçiminiz hansı olardı və nəyə görə Hansı daha güclü və məsləhətlidi?

Verilmiş cavablar və yazılan şərhlər (10 cavab var)

Alparslan Məmmədli (2014-07-16 23:13:21)
Əgər böyük işlərlə məşğul olur və telefonla oynamağı sevirsənsə: Samsung Galaxy Note3 Əgər modern olmağı,arada bir telefonla məşğul olmağı və telefonla yüngül işlər görməyi istəyirsənsə : Galaxy S5

GuNesiMin_SefeQi (2014-07-16 23:12:46)
S5 yaxwidi 2ram prasessor temiz iwdiyir.hemde rahatdi

Alparslan Məmmədli (2014-07-16 23:11:31)
Mən də işlədirəm.Qəti narazılığım yoxdu.

Alparslan Məmmədli (2014-07-16 23:10:54)
"En yaxsisi ayfonda olan funksialarin prosessor ram daxili yaddas hec bir telde yoxdu onu bilin".Sərt gəldi.Mən də sənin bildiyin kimi cavab verim.Sağlam galaxynın səsi İphone-ə min basar! İphone alanların 70% gedib qaytarıb Galaxy alır.Bunu mən yox,integral plusun işçisi deyir.İphonedə batereya kimi problemlər olur.İphone fikrindən əl çəkin . Note 3 də , S5 də İphone 5s-ya min basar! BİL!

Bextiyar Azeroglu (2014-07-16 21:00:40)
Baxır hansı modelə. Bəlkə də 100dən çox galaxy modeli var. Elə köhnə modellərdən s2 ni götürsək bu modeli işlədənlərdən narazı olanı görməmişəm.

Kohne_Dinick (2014-07-16 18:55:56)
Sexsen men ozum samsung galaxy isledirem amma yaxsi olani meslehet gorurem. Sesi cixmir telin gucu yoxdu kalonkasi zeifdi

Bextiyar Azeroglu (2014-07-16 17:57:26)
iphone 1ram-di note 3 3ram. s5 2ram. note 3 32gb en azi, digerleri ise 16gb (32gb da) olur. eslinde kim hansi modeli iwledirse o modelde ona xow gelir. ve o modelide terifliyir.

Kohne_Dinick (2014-07-16 17:33:53)
Qaqa samsunglarin sesi 1 kopuyluk olmur. Mence iphone 5s al. En yaxsisi ayfonda olan funksialarin prosessor ram daxili yaddas hec bir telde yoxdu onu bilin.

E. Hacı (2014-07-16 17:28:00)
http://www.gsmarena.com/ saytından istənilən modeli Compare ilə qarşılaşdıra bilərsiz. Ən güclüsü təbii ki Note 3-dür. Amma S5-in prosessoru daha müasir və bir az daha güclüdür bəzi Note 3 modellərindən (Note 3-lər özü bir neçə buraxılışdır)

Sabir_Azeri (2014-07-16 17:07:32)
Bele suallar defelerce verilib. Saytda biraz gezişin bütün suallarınıza cavab tapacaqsınız.