Vöen zəruridirmi

Eticarətlə məşgul olanlar, heç sizə kimsə vergilərdən zəng edib vergi ödəyicisi olub olmadığınızı soruşubmu ? VÖEN və s tələb edibmi ?

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

E. Hacı (2014-07-23 09:48:37)
Yayınmaq bütün dünyada var və hər zaman olub. Onun üçün də vergi orqanlarının xüsusi departamentləri olur. belə halları aşkara çıxarmaq üçün. Məsələn sizdən adi müştəri kimi nəsə alıb sonra hesabatda onu qeyd edib etmədiyinizə baxarlar, bir dəfə belə bir faktın üzə çıxmasının cəzası, cəriməsi elə böyük ola bilər ki day bir də bu işlərlə məşğul olmağa pulunuz qalmaz. Və ya ümumiyyətlə sizdən müştərilərə çek, faktura yazıb verməyi tələb edərlər hər satışda. vöen olmağın xeyri odur ki qazandığınız pul leqal olur müqavilələr bağlaya bilirsiz, əməkdaşlıqlar edə bilirsiz və.s.

camal16 (2014-07-23 02:38:59)
Aydindi, bes gelir cox asagidirsa bunu nece subut edirem? vergiler hardan bilirki men melumati duz deyirem ya yox? Meselen 10musteri olsa bunu 5 kimi qeyd etmek olur da ayliq atchotda. Umumiyetle basqa neyese xeyri varmi voeni olmagin?

E. Hacı (2014-07-17 09:46:26)
Zəng edib VÖEN tələb etmək ən yumşaq addım olar. Birbaşa məsuliyyətə cəlb edə bilərlər adamı, əgər bu işlə məşğul olub qeydiyyatdan keşmirsə. Demirəm hamını edirlər, amma istənilən saniyə edə bilərlər. Odur ki mütləq VÖEN lazımdır. Reallığa gəldikdə isə, onlayn ödəməli, alış verişli veb saytlarımızın demək olar hamısı VÖENə malikdir bəli, çünki ödəniş sistemi, bank terminalı üçün VÖEN tələb edilir işin əvvəlində. Qaldı poçtla nəsə sifariş verib onu internet forumlarla zadla elan verib kiməsə görüşüb satmaq, bu dünyanın hər yerində var, və belə tək tək mal satan adamlara adətən dəyib dolaşan olmur, çünki bu biznesdən çox tay tuşlar arası alqı satqıya bənyəzən kiçik bir şeydir. Amma veb sayt açılıbsa, kataloq filan varsa, bəli qerydiyyat zəruridir və istənilən yayınma ciddi problemlər yarada bilər.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Azericard Elektron Ticarət

Kapital Banka Adsensedən pul gəlib

Gömrük vergisi nə qədərdir?

Vergi ve Sosial

Adsensedən pulu başqasının hesabına göndərə bilərəm?

Sahibkar kimi PDM-də qeydiyyat