Internetdən pul qazanmaq

Salam dostlar.Xahiş edirəm mənə məsləhət verin.İnternetdən azda olsa necə pul qazanmaq olar.Qısa müddət ərzində yəni.Kim nə məsləhət görə bilər

Verilmiş cavablar və yazılan şərhlər (15 cavab var)

AnarTv (2016-01-06 14:35:30)
İnternetden Çox Pul Qazanmaq Üçün Çox Eziyyet Çekmek Lazimdir, Yeni En Azı 2 il bunun üzerinde işlesen aya 700-800 manat qazanmaq şansın olar.Yeni Bu Youtubede Beledir.

E. Hacı (2014-07-18 14:29:44)
Minus ona görə veriblər ki sual cavab saytında email atmaq çox pis şey hesab edilir. Cavab varsa bura yazmaq lazım tam olaraq. Ki hər kəs faydalana bilsin. Yəni informasiya mütləq public olmalıdır.

Namazov Ismayil (2014-07-18 14:17:04)
Sual verirsiz cavab yazırıq daha - nədir, ?

Shukran (2014-07-18 11:58:46)
yeni eger men mesgul olsam emne bir ziyan deymezki? Cunki Abs da deyesen bu cur odemeler qadagan olunub.....yeniki bir ziyan deymez?

E. Hacı (2014-07-18 11:48:13)
Mənim marağım yoxdur şəxsən. Bitcoin məsləhət görmək də 2 cür ola bilər də. 1. Bitcoin mine etmək. Yəni kompüterinizi daim açıq saxlayıb bitcoin dünyasına server yardımı edirsiz xüsusi proqramla, və sizin kompüterinizdə loru desək bitki bitməsi kimi bitcoin bitir bir növ, damla damla. Nə qədər güclü kompüter qoşmusuz o qədər çox toplanır. Toplanan bitcoini isə sonra internet bazarlarda real pula dəyişə bilərsiz. Amma adi kompüterlə bu çətindir, bir neçə aya 1 bitcoin toplanmaz heç. Çoxlu kompüterlər və ya bir neçə güclü serverlər lazım ki normal pul gəlsin. 2. Bitcoin alıb satmaq. Yəni bu gün hiss edirsiz ki bitcoun sabah qalxacaq, alırsız, sabah qalxanda satırsız arada pul qalır. Bu isə klassik alqı satqı işidir, bitcoin sadəcə vasitədir. Bunu bacaran elə qızıl da alıb sata bilər, valyuta da(forex) və.s.

Sabir_Azeri (2014-07-18 11:45:28)
200 manata kimi bitcoin satmışam. Ama oğurluq halları çox olur, sonuncu oğurluqdan sora tam hevesim öldü bu işe. Mining elemek olur, bunun üçün güclü komputer lazımdı. Qiymeti deyişkendi, tez-tez deyişir eger qiymetin artıb yoxsa azalacağını bilsen bitcoin alıb satmaqlada qazanmaq olar. Çox vaxt alan işdi, eger başqa işin varsa buna vaxt serf etmeye deymez. Yox eger telebesense ve komputer, internetin varsa kontur pulu çıxartmaq olar

Shukran (2014-07-18 10:54:23)
E.Hacı bitcoin meslehet gorursuz?

E. Hacı (2014-07-18 09:37:04)
Bu ən düzgün cavabdır. İnternetdə pul qazanmaq deyəndə camaat niyə heç nə baxarmadan pul qzanmaq başa düşür bunu anlamıram. Real həyatda pul qazanmaq bəyəm elə olur ki? İnternet də sosiumdur, insan cəmiyyətidir, hansı hərif adama durduq yerdə pul verər ki? Bəyəm real həyatdakı pul puldur internetdəki pul isə havadan gəlir? hamısı eynidir maliyyə baxımdan. Ona görə də internetdə pul qazanmaq üçün şirkət açmaq, hansısa unikal işi görüb zəhmət haqqı alamaq, populyar sahə əldə edib(veb sayt) oraya yapışdırılan reklamlardan haqq almaq və.s.

E. Hacı (2014-07-18 09:34:17)
Xeyr, hətta xaricdə bəzi universitetlər belə təhsil haqqını bitcoinlə qəbul edir. Və ya freelancerlər var zəhmət haqqınə elə qəbul edir və.s. Google da artıq finance bölməsində bitcoin haqda məlumat bölməsi yaradıb

E. Hacı (2014-07-18 09:32:46)
wikipedia.org -> bitcoin Elektron valyutadır.

Azerbaycan (2014-07-18 09:06:16)
Bu bitcoin nə olan şeydi?

Bextiyar Azeroglu (2014-07-18 01:00:13)
bitcoin deepweb-lərdə istifadə olunmurki? yoxsa başqa yerlərdə də istifadə olur?

Sabir_Azeri (2014-07-18 00:51:47)
Bitcoin oğurlanması adamı hevesden salır. 70 dollarlıq yığmışdım, seheri gün gördüm sıfırlanıb hesab. Yene biraz var, qiymeti qalxıb satıb elden çıxardım gerek

Azerbaycan (2014-07-17 23:16:42)
Salam internetdən pul qazanmağı çox adam oturduğun yerdən pul qazanmaq kimi başa düşür.Bu belə deyil pul qazanmaq üçün əziyyət çəkmək lazımdır.sayt,facebookda səhifə,youtubeda kanalla pul qazanmaq olar.Bunların üstündə nə qədər çox əziyyət çəksəniz o qədər çox qazanarsınız az vaxt sərf eləsənizdə az qazanarsız hər ay maaşdan əlavə bir 5-10 manatda gəlsin deyirsizsə server alıb domen satışı ilə də məşğul ola bilərsiz

Namazov Ismayil (2014-07-17 22:51:40)
Ən yaxşısı BİTCOİN qazanmağla . 1 bitcoin=600-700 dollar