php-də addslashes

Salam php-də addslashes və ya addcslashes işlətməyin məqsədi nədir? Yəni fərqi nədirki sözün əvvəlində / oldu ya olmadı?Birdə sizcə php ni 1 il yarıma yaxşı səviyyədə öyrənə bilərəm ya yox?

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

E. Hacı (2014-07-19 14:46:07)
Sətir tipli dəyişən PHP-də dırnaq işarəsi daxilində olur bildiyiniz kimi. Mətnin özündə də dırnağın olması bəzən problem yarada bilər. Məsələn [code] <input value='eee fdfd what's app'> [/code] Bu kod xətalıdır, çünki sətrin içindəki dırnaq sayəsində brauzer html-i düz oxuya bilməyəcək. Ona görə də belə hallarda htmlspecialchars, htmlentities və.s. istifadə edilir. addslashes da oxşar hallarda lazım ola bilir. məsələn mysql-də [code]insert into table values ( ".$deyisen." )[/code] Bu zaman $deyisen qiyməti olaraq içində tək dırnaq olan bir şey olsa sayta inyeksiya baş vermiş olar və xaker bundan asanlıqla yararlanıb saytın bazasını dağıda bilər. Məsələn belə [code]insert into table values ( ''); drop database filan; )[/code] Ona görə də məsələn [code]insert into table values ( ".addslashes($deyisen)." )[/code] yazılsa, belə təhlükə dəf edilmiş olur, çünki dəyişənin içindəki dırnaqlar sql əmr yox, sətir kimi başa düşüləcək və təhlükəsiz olacaq.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Php yə curl əlavə etmək

Php faylları kodlaşdırmada kömək

Replace_Rexx Alternativ varmı?

Php While Loop da Row ların birləşdirilməsi və link məsələsi

PHP Classda səhv hardadır

PHP submit