Java dilndə hazırlanmış proqramlar hansı platforma üçündür?

Salam bilmək istəyərdim,java proqramlaşdırma dili sadəcə köhnə java telefonlardan ötrüdür,yoxsa bu proqramlaşdırma dili ilə kompüter üçün də proqram hazırlamaq olar?


Yadda saxlama
Kateqoriya: Sual . , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (14 cavab var)

(20:38, 20/07/2014 ) #44825

Java nəhəng təyinata malik ən populyar dillərdən biridir. Həm kompüter proqramları, hem internet saytlar, həm server hem şəbəkə texnologiyaları ucun heller, hem aparat proqramlari (turniket, utu, soyuducu, slaqbaum ve.s. ne istesez) ve.s. sahələrdə Javadan geniş istifadə edilir. O dediyiniz köhnə telefonlar isə javanin kiçik qolu olan j2me idi. Telefondan söz düşmüşkən hazirda dünyada ən populyar əməliyyat sistemi olan androidin proqramları da Javada hazırlanır

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (21:54, 20/07/2014 ) #44834

    Salam onda oyrenmek ucun en yaxsi dil javadi he?

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (22:07, 20/07/2014 ) #44839

      Salam. Birmənalı demək olmaz ki ən yaxşısı odur öyrənməyə. Sadəcə mən sadaladım ki dünyada ən geniş şaxəli tətbiq olunan dil məhz Java-dır. İş baxımdan dünya bazarı üçün deyirsizsə, çox perspektivli dillər sayılır Java, C++, Python, PHP, C#. Bunların hər hansı birini yaxşı bilən asanlıqla əla iş tapa bilir. Azərbaycan bazarında, konkret Bakıda işlər üzrə isə ən çox C# üzrə iş var, Java üzrə də nisbətən az olsa da yetərincə var, yəni ikisindən birini yaxşı bilən asanlıqla iş tapır.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (22:47, 20/07/2014 ) #44845

    Mən indi C++ öyrənirdim…məsələn təkcə bu proq. dilini öyrənsəm normal bir oyun düzəldə bilərəm (başqa 4-5 özümə oxşuyan ilə 🙂 yoxsa belə birr super oyun-proqram yığmaq üçün başqa dilləri də öyrənmək lazım olacaq? yəni biri bəsdir??

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (23:25, 20/07/2014 ) #44850

      Oyun düzəltmək üçün proqramlaşdırma tərəfini C++ ilə həll edə bilərsiz bəli, bəs animasiya. bəs qrafika? Onlar ki C++ ilə olmur. Oyun üçün komanda işi lazımdır və C++ proqramçı bu komandada yalnız bir üzvdür.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (23:45, 20/07/2014 ) #44852

      Biri besdir amma c++ cooooox qeliz dildir cplusplus.com a girin baxin bir adam baxanda qorxur 🙂

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (23:39, 20/07/2014 ) #44851

    Hə elə yaxşı yadıma saldınız (: Bəs qrafikaları-animasiyaları hansı proqramda yaxud proq. dilində hazırlayırlar?

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (23:48, 20/07/2014 ) #44853

      Qrfika ve animasiya proqramlasdirma dilinde hazirlanmir proqramda hazirlanir(Proqramlasdirma dilinin qrafika imkanlari var ancaq bununla mukemmel qrafika hazirlamaq olmur) meselen qrafika ucun en yaxsi photoshop amma 2 olculu qrafika ucun 3 olculu de qeliz seydir qeliz deyende bilmeyen ucun bilen ucun ele de cetin olmur

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (22:02, 21/07/2014 ) #44930

    off-top da olsa soruşum. müəllim, cahilliyimi bağışlayın, ütünü necə proqramlaşdırırlar? -))

    smart ütülər var, ya java mexaniki proqramlaşdırma özəlliklərinə də sahibdi?

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (22:07, 21/07/2014 ) #44931

      Smartlar var təbii ki. Wifi ilə update filan da olur 🙂 eləcə də soyuducu ve.s. keçən gün deyirdilər hardasa ki bes soyuducu virusu peyda olub dolaşır şəbəkəni. Dövr deyisir 🙂

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(00:15, 21/07/2014 ) #44856

Axı fotoşopda şəkil hazırlanır indi neyniyəcəm qrafika videosunun hər bir nano-saniyəsinin şəkilini hazırlayıb,slaydşouda birləşdirəcəm ? 😀 yoxsa fərli bir mənim bilmədiyim şey?

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (00:19, 21/07/2014 ) #44857

    Əvvəllər cizgi filmləri məhz elə hazırlanırdı, yəni bir bir şəkillərin slaydı. Gör necə zəhmət çəkirmişlər.
    Müasir dövrdə isə 2D və 3D proqramlar var ki motion effektləri özləri hazırlayır. Tutalım obyekt – insandır, 2D və ya 3D modeli hazırlanır qrafika ilə, hərəkət edən hissələri ayrıca alt obyekt kimi ayrılır və mümkün dəyişimləri də düzəldilir, ondan sonrasını proqram edir, müəyyən əmrlərlə əlləri qolları hərəkət edir, əyilir, uzanır durur qalxır və.s. Məsələn insan.sag_qol.play(); insan.sag_ayaq.tepik(2) tipli şeylər.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (18:16, 21/07/2014 ) #44911

      bilmirsiz bu cür proqramlar 32 bitlik noutbukda açılar?ümumiyyətlə hansısa belə bir proqramın adını bilirsiniz?

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (18:29, 21/07/2014 ) #44912

    2D üçün Adobe Flash, 3d üçün 3D Max, Maya və.s.
    Amma proqram install etməklə deyil, öyrənilməsi illər alan profesional proqramdır, elə instal edim qurdalamaqla heç nə alınmaz, tamamilə heç nə. 32bitdə çətin ki işləyələr, çünki RAM çox tələb edirlər.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Software Developer cavab verdi - Xamaya başqa nə deyirlər? 6 hərflidir (2 gün əvvəl)

Erol34 cavab verdi - Xamaya başqa nə deyirlər? 6 hərflidir (3 gün əvvəl)

Software Developer cavab verdi - Xamaya başqa nə deyirlər? 6 hərflidir (3 gün əvvəl)

Memmiroff cavab verdi - "Adobe" olmadan qrafik dizayner olmaq.. (9 gün əvvəl)

E. Hacı cavab verdi - Verification code gəlib çıxmır (12 gün əvvəl)

E. Hacı cavab verdi - Almaniyaya köçməyə dəyər? (12 gün əvvəl)

Cənab cavab verdi - Almaniyaya köçməyə dəyər? (13 gün əvvəl)

Memmiroff cavab verdi - "Adobe" olmadan qrafik dizayner olmaq.. (13 gün əvvəl)

Cənab cavab verdi - Almaniyaya köçməyə dəyər? (14 gün əvvəl)

E. Hacı cavab verdi - Almaniyaya köçməyə dəyər? (14 gün əvvəl)

E. Hacı cavab verdi - "Adobe" olmadan qrafik dizayner olmaq.. (14 gün əvvəl)

E. Hacı cavab verdi - Voenim varmi? (14 gün əvvəl)

Triste cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (17 gün əvvəl)

E. Hacı cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (18 gün əvvəl)

Triste cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (24 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 608 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23292 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024