Java dilndə hazırlanmış proqramlar hansı platforma üçündür?

Salam bilmək istəyərdim,java proqramlaşdırma dili sadəcə köhnə java telefonlardan ötrüdür,yoxsa bu proqramlaşdırma dili ilə kompüter üçün də proqram hazırlamaq olar?

Verilmiş cavablar və yazılan şərhlər (14 cavab var)

E. Hacı (2014-07-21 22:07:31)
Smartlar var təbii ki. Wifi ilə update filan da olur :) eləcə də soyuducu ve.s. keçən gün deyirdilər hardasa ki bes soyuducu virusu peyda olub dolaşır şəbəkəni. Dövr deyisir :)

marmeladze (2014-07-21 22:02:40)
off-top da olsa soruşum. müəllim, cahilliyimi bağışlayın, ütünü necə proqramlaşdırırlar? -)) smart ütülər var, ya java mexaniki proqramlaşdırma özəlliklərinə də sahibdi?

E. Hacı (2014-07-21 18:29:41)
2D üçün Adobe Flash, 3d üçün 3D Max, Maya və.s. Amma proqram install etməklə deyil, öyrənilməsi illər alan profesional proqramdır, elə instal edim qurdalamaqla heç nə alınmaz, tamamilə heç nə. 32bitdə çətin ki işləyələr, çünki RAM çox tələb edirlər.

Əli (2014-07-21 18:16:14)
bilmirsiz bu cür proqramlar 32 bitlik noutbukda açılar?ümumiyyətlə hansısa belə bir proqramın adını bilirsiniz?

E. Hacı (2014-07-21 00:19:34)
Əvvəllər cizgi filmləri məhz elə hazırlanırdı, yəni bir bir şəkillərin slaydı. Gör necə zəhmət çəkirmişlər. Müasir dövrdə isə 2D və 3D proqramlar var ki motion effektləri özləri hazırlayır. Tutalım obyekt - insandır, 2D və ya 3D modeli hazırlanır qrafika ilə, hərəkət edən hissələri ayrıca alt obyekt kimi ayrılır və mümkün dəyişimləri də düzəldilir, ondan sonrasını proqram edir, müəyyən əmrlərlə əlləri qolları hərəkət edir, əyilir, uzanır durur qalxır və.s. Məsələn insan.sag_qol.play(); insan.sag_ayaq.tepik(2) tipli şeylər.

Əli (2014-07-21 00:15:07)
Axı fotoşopda şəkil hazırlanır indi neyniyəcəm qrafika videosunun hər bir nano-saniyəsinin şəkilini hazırlayıb,slaydşouda birləşdirəcəm ? :D yoxsa fərli bir mənim bilmədiyim şey?

Azerbaycan (2014-07-20 23:48:10)
Qrfika ve animasiya proqramlasdirma dilinde hazirlanmir proqramda hazirlanir(Proqramlasdirma dilinin qrafika imkanlari var ancaq bununla mukemmel qrafika hazirlamaq olmur) meselen qrafika ucun en yaxsi photoshop amma 2 olculu qrafika ucun 3 olculu de qeliz seydir qeliz deyende bilmeyen ucun bilen ucun ele de cetin olmur

Azerbaycan (2014-07-20 23:45:30)
Biri besdir amma c++ cooooox qeliz dildir cplusplus.com a girin baxin bir adam baxanda qorxur :)

Əli (2014-07-20 23:39:33)
Hə elə yaxşı yadıma saldınız (: Bəs qrafikaları-animasiyaları hansı proqramda yaxud proq. dilində hazırlayırlar?

E. Hacı (2014-07-20 23:25:50)
Oyun düzəltmək üçün proqramlaşdırma tərəfini C++ ilə həll edə bilərsiz bəli, bəs animasiya. bəs qrafika? Onlar ki C++ ilə olmur. Oyun üçün komanda işi lazımdır və C++ proqramçı bu komandada yalnız bir üzvdür.

Əli (2014-07-20 22:47:55)
Mən indi C++ öyrənirdim...məsələn təkcə bu proq. dilini öyrənsəm normal bir oyun düzəldə bilərəm (başqa 4-5 özümə oxşuyan ilə :) yoxsa belə birr super oyun-proqram yığmaq üçün başqa dilləri də öyrənmək lazım olacaq? yəni biri bəsdir??

E. Hacı (2014-07-20 22:07:10)
Salam. Birmənalı demək olmaz ki ən yaxşısı odur öyrənməyə. Sadəcə mən sadaladım ki dünyada ən geniş şaxəli tətbiq olunan dil məhz Java-dır. İş baxımdan dünya bazarı üçün deyirsizsə, çox perspektivli dillər sayılır Java, C++, Python, PHP, C#. Bunların hər hansı birini yaxşı bilən asanlıqla əla iş tapa bilir. Azərbaycan bazarında, konkret Bakıda işlər üzrə isə ən çox C# üzrə iş var, Java üzrə də nisbətən az olsa da yetərincə var, yəni ikisindən birini yaxşı bilən asanlıqla iş tapır.

Azerbaycan (2014-07-20 21:54:10)
Salam onda oyrenmek ucun en yaxsi dil javadi he?

E. Hacı (2014-07-20 20:38:45)
Java nəhəng təyinata malik ən populyar dillərdən biridir. Həm kompüter proqramları, hem internet saytlar, həm server hem şəbəkə texnologiyaları ucun heller, hem aparat proqramlari (turniket, utu, soyuducu, slaqbaum ve.s. ne istesez) ve.s. sahələrdə Javadan geniş istifadə edilir. O dediyiniz köhnə telefonlar isə javanin kiçik qolu olan j2me idi. Telefondan söz düşmüşkən hazirda dünyada ən populyar əməliyyat sistemi olan androidin proqramları da Javada hazırlanır

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Universitetlərdə proqramlaşdırma

Java System

Yeni proqramlaşdırma dili

Php və Java dəstəkləyən server

Solarisdə Netbeans

nece iT mutexessisi ola bilerem?