Facebookdakı maili dəyişdirmişəm

Hərvaxtınız xeyir olsun. Mən Facebookdakı maili dəyişdirmişəm. Sadəcə yoxlamaq üçün şifrəmi unutdum bölməsinə daxil oldum. Sonra əvvəlki mailimi yazdım. Profil sanki olduğu kimi durur. Yeni maili əlavə edib əsas mail olaraq qeyd etdim və köhnə maili sildim.Buna baxmayaraq əvvəlki maili və şifrəmi yazıb daxil olanda da profilimə daxil ola bilirəm. Necə edib ki köhnə maildən əsər-əlamət qalmasın. Çox vacibdi. Təşəkkürlər

Verilmiş cavablar və yazılan şərhlər (8 cavab var)

Jezz (2014-07-28 01:46:19)
Təşəkkürlər hər birinizə

Togruliko (2014-07-23 10:52:06)
Jezz həmin köhnə facebook adressin deaktiv olub çünki .

Jezz (2014-07-22 13:56:56)
Bəs nəyə görə digər facebook adresimdə istədiyim köhnə maildən əsər-əlamət qalmadı ?! Köhnə maili daxil edirəm heçnə çıxmır bunda

Alparslan Məmmədli (2014-07-22 12:42:29)
Jezz,facebook ad oğurlanma hallarının azalması üçün bunu edə bilir.Mənim adım oğurlanıb,maili,adı dəyişdirilmişdi.Mən də köhnə mailimi yazdıqdan sonra o adım çıxdı.Əgər bu seçənək olması,adı oğurlanmış insanlar adlarını çox çətinliklə tapa bilər.Facebookda oğurlanma hallarının çoxaldığı üçün belədir.Siz buna heç bir şey edə bilmərsiniz.

Jezz (2014-07-21 22:50:34)
Məlumat üçün deyim ki, sözügedən "əvvəlki" maildən də qabaq bir mail olub və həmin maildən əsar əlamət yoxdur. Problem yalnız bundadır.

Elnur8 (2014-07-21 22:36:44)
Bir də khnə emailinizi bağlaya bilsəz, o işləməy, cək, amma emailin ləğvini bilmirəm, feysdə rusca asandı, qeydiyyatı ləğv etmək olur, mailə indi baxım, alınırsa, onu da yazaram

Elnur8 (2014-07-21 22:34:45)
Feysdə əvvəlki mail ləğv edilmir.feysbukda əvvəlki maillə qeydiyyatın özünü ləğv edə, yeni maillə yeni qeydiyyat aça bilərsiz.amma hər şey yenidn başlayacaq, köhnə dostlar, yazılar olmayacaq ha

Jezz (2014-07-21 20:37:15)
artıq köhnə mail ilə daxil ola bilmirəm ,amma şifrəmi unutdum bölməsində köhnə maili yazanda mənim facebook hesabım çıxır :(