Saytıma tərcümə sistemini necə əlavə edim?

Saytıma tərcümə sistemini necə əlavə edim?

Verilmiş cavablar və yazılan şərhlər (10 cavab var)

marmeladze (2014-09-06 22:32:13)
dilmancın belə bir xidməti varmış.

Əli (2014-08-01 20:57:55)
bəli həvəsim var html-i bilirəm.. əgər xarici saytlara baş vurulası olsa ingilis-rus dillərini də bilirəm..

marmeladze (2014-07-22 03:38:58)
əlbəttə. bunun üçün əvvəlcə sizin sualın əhatəsini dəqiqləşdirmək, daha sonra vebin işləyiş strukturunu modelləşdirmək lazımdı - söhbət, əlbəttə ki, ən bəsit halda verilənlər bazası olan bir sistemdən gedir. veb saytların işləmə strukturu istifadəçi saytın interfeysindən serverə müxtəlif sorğular göndərir (1) və onlar da orda icra olunaraq html formasında istifadəçiyə göndərilir (2). məsələn, siz hansısa mətn sahəsinə müəyyən mətn daxil eləyirsiz (1.0) - köməkçi skriptlərlə bunlar serverə göndərilir(1.1); bundan sonraysa c/c++ işə düşür. məsələn həmin mətni müəyyən prosedurlardan keçirərək bazaya daxil eləyir(2.0). istəyə müvafiq olaraq emal olunmuş formada istifadəçiyə ötürür(2.1). serverdə icra olunan əmrlər istənilən proqramlaşdırma dilində yazıla bilər. lakin burda utilizasiya məsələsini də nəzərə almaq lazımdı. əgər sizin server xırda məlumatların emalıyla məşğuldusa əlbəttə ki, bu tip dillərdən istfadə eləmək əlverişli deyil. php, perl vəs.lə bu əməliyyatları daha tez həyata keçirmək mümkündü. lakin məsələ saniyədə yüzminlərcə sorğunun icra olunduğu, ölçüsü terabaytlarla ölçülən bazalardan gedirsə php, perl vəs. kimi skript dilləri kifayətsizdi. məsələn, mətnin səsləndirilməsiyçün dilmancın onlayn proqramının server hissəsində c/c++ istifadə olunurdu (bəlkə indi də elədir). çünki proqramın işlədiyi bazada milyonlarca mətn faylı vardı və bunları ən qısa zamanda istifadəçinin istəyinə uyğun olaraq emal eləməkçün konkret olaraq c kimi sürətli proqramlaşdırma dili lazım idi. maraqlanırsızsa bunlara baxın http://cppcms.com/wikipp/en/page/when_to_use_cppcms - c++ veb çərçivəsi http://www.openroad.org/ http://www.cs.tut.fi/~jkorpela/forms/cgic.html

Azerbaycan (2014-07-21 23:04:21)
marmeladzade: Salam deye bilersiz C/C++ saytda nece isledilir?

marmeladze (2014-07-21 22:16:30)
əgər proqramlaşdırma haqda müəyyən məlumatınız varsa html/xml və url parsinglə bu işi görə bilərsiz. təxminən 3-4 il əvvəl pythonda (bunu php, c, java vəs.də də eləyə bilərsiz), məlumatı google translate-ə göndərib, gələn cavabın parsinqiylə tərcüməni götürə bilən bir proqram yazmışdım. google tərcümə servisinin url formasını dəyişdi deyə indi proqram işləmir. amma eləməyə həvəsin varsa xəbər elə, köməkçi olarıq.

Əli (2014-07-21 12:04:19)
sağ ol!

Cabbarov Sübhan (2014-07-21 11:18:17)
Yandex pulsuz api verir onu istifadə edə bilərsiz

E. Hacı (2014-07-21 10:21:23)
Bunun üçün lüğət sistemlərindən biri sizə APİ verməlidir ki o APİ ilə siz proqramlaşdırasız. və ya hazır vidcet verməlidir ki kodu saytınıza atasız və vəssalam hazır ola. Bütün lüğət sistemlərinin siyahısı burada, axtarın bəlkə API və ya Vidcet verən var http://www.infocity.az/?p=21635

Əli (2014-07-21 10:14:48)
yəni saytlarda tərcümə sistemi olmur,o məsələn hansı dildən hansı dilə seçirəm sözü yazıram,tərcümə butonuna basıram tərcümə gəlir..

E. Hacı (2014-07-21 09:45:56)
Sualı normal təsvir edin lütfən, sonra dərc edərik. Nə tərcüməsi nə sistemi nə saytı? Söhbət nədən gedir.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Saytda 50 mb artıq heç nə yüklənmir

HTML problem

Mobil brauzer oyununun qrafikası üçün rəssam lazımdır

Html ve Css öyrenmek.

sayta video qoymağın yolları

Müxtəlif dillərdə sayt