Bank hesabı açmaq

Salam mənə Təcili (1-2 günə) bank hesabı açmaq lazımdı. Bu barədə bir nəçə sualım var. 1.Bank hesabı açmaq üçün nə qədər pul tələb olunur? Və hansı bank məsləhətdir? 2.Bank hesabı nəçə günə hazır olur? Yoxsa bu gün getsəm 1 saata hazır edirlər? 3. hesaba pul köçürmək üçün limit var? 4. Hemin bank hesabına Nigeriya ölkəsindən mənə pul köçürə bilərlər? Təşəkkürlər

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

Namazov Ismayil (2014-07-24 01:16:23)
Çox sağ olun

E. Hacı (2014-07-23 21:43:12)
Aha only şəxsiyyət vəsiqəsi.

Namazov Ismayil (2014-07-23 21:27:34)
He çox sağ olun cavabınız üçün. Mən sabah gedəcəm hesab açmağa. Ne sənədləri aparmaliyam? Şəxsiyyət vəsiqəsi bəsdi? Axırda ki xəbərdarlıq üçün çox sağ olun basima çox gəlib bir dəfə az qala inanmışdım :) amma pul istəyən kimi basa düşürəm artıq :))))

E. Hacı (2014-07-23 20:57:19)
1. Bütün banklarda pulsuzdur. Bank Respublika, Beynəlxalq bank ve.s. 2. Dərhal, 5 dəqiqəyə. 3. Xeyr. 4. Əlbəttə, rekvizitləri verirsiz köçürürlər. Bu bənd ilə əlaqəli bir məsləhət verim ki birden məşhur nigeriya spamlarina inanarsiz ha. Guya xaricdə kiminse pulu var tək çıxara bilmir daxildə, size verir və bölürsüz, ve ya kimsə böyük məbləğdə pulu ona kömək etdiyiniz təqdirdə sizinlə bölür, ay nə bilim lotereya udmusuz, xaricdə rəhmətə gedən uzaq qohum peyda olub ve.s. butün bu tip şeylər deleduzluqdur ve sizdən pul qoparmaga yönəlib. Ümumiyyətlə email ilə sizə yazan ve her hansi formada pul təklif eden əcnəbilər hamısı deleduzlardir ve sizden bank komissiyasi vəkil xərci filan adi ile pul qoparib itbat olacaqlar sonda. Bəlkə də sizə aid deyil bu, her ehtimala qarşı yazdım

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Xaricdən xeyriyye/donation online necə qəbul etmək olar?

Məktəbdən çıxdıqdan sonra attestat almaq

Camex barəsində ətraflı məlumat

Xaricdən telefon sifariş vermək

Kreditə Kombi hardan ala bilərəm

Ebayda disput