Saytlarda reklam qiymətləri

Salam. Bilmək istəyirdim ki veb saytlarda reklamın yerləşdirilməsi qiymətləri neçə hit/host üçün təqribən neçəyədir? İndiyə kimi adsense işlədirdim amma istəyirəm indi yerli reklamlar da götürüm. Misalçün günlük 1000 hit (və ya host) olan sayt üçün 300x250 və ya 120x600 ölçülərində reklam qiymətini aylıq neçəyə satmaq olar

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

E. Hacı (2014-07-24 17:57:46)
Xeyr, yanlış anladınız, 1000 pageview=50 qəpik. Ayda 1 milyon pageview varsa bir bannerdən gəlir 500 azn.

Nihad Abdullayev (2014-07-24 17:16:05)
1000 hitlik sayta reklam aylıq 50 qəpik? 50 qəpik klik başına olar məncə, bu qədər ucuza mümkün deyil. bəzi tanış saytlar var aylıq 70-80 aznə reklam alırlar, günlük pageview 1000, visitor isə 700-800 olan saytlar

E. Hacı (2014-07-24 16:17:02)
Salam. Baxır trafikə, baxır sayta. 30 qəpik, 50 qəpik, 60 qəpiyə satanlar var 1000 hit-i. 700x68 və 300x250 üçün. Amma təbii ki qiyməti özünüz təyin etməlisiz.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Android telefonda YouTube aplikasiyası ilə baxılan videolar üçün reklamları yox etmək haqqında

adnow reklam sistemi haqqda

Vinil banner dizayn haqqında

İnstagram, reklam, komisiya

Facebook reklam kuponunu hardan ala bilərəm?

AdMob nə zaman işə düşür?