Hetzner-də server kirayə qiyməti

Salam. Server kirayələmık istəyirəm, axtardım hetzner tapdım bu sayt nədənsə həqiq serverləri ucuz qiymətə verir. Bunun səbəbi nədi? Ola bilər ki gücü az versinlər ya internet sürrətini? Hetzner işlədən varsa məsləhət versin. Bu serveri istəyirəm http://www.hetzner.de/ən/hosting/produkte_rootserver/ex40ssd

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

E. Hacı (2014-07-26 13:03:22)
Salam. 5 ildən artıqdır Hetzner müştərisiyəm nəinki zəif deyil aparatları, əksinə özünə güclü deyən Amerikan şirkətlətinin əksərindən daha keyfiyyətli serverlər təqdim edirlər. Düzdür müştəri əlaqələri filan baxımdan zəifdirlər, işi əsas texniki gücə veriblər, alman ki alman :) Məsələn saytlarının düz əməlli ingilis versiyası yoxdur, documentation zəifdir, chat support yoxdur və.s. Amma email ticket supportları yaxşıdır. Həm də server aldıqdan sonra 5 ildə heç 5 dəfə danışmaq gərəkməyib onlarla, normaldır deyə support da gərək olmur. Qiymətə gəldikdə isə Almaniya datacenterlerində ümumiyyətlə qiymətlər aşağıdır, tək Hetzner deyil. Həm fiziki, həm də virtual serverlər işlədirəm orda 4 ədəd. Hamısı da problemsiz işləyir. (Virtual-da bir məsələ var ki onu indudən deyim, DDOS filan olanda soft səviyyədə təcili tədbir görməyinizi tələb edir Hetzner məktub yazaraq, əks halda müvəqqəti söndürürlrə serveri, ki ümumi server zərər görməsin, fiziki dedicated aldıqda isə belə problemlər olmur)

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Virtual Private server

Ən yaxşı dedicated server?

Digitalocean və AZ domeni