banka pul qoymaq haqqinda

Salam mən pulumu hansı banka qoya bilərəm həm etibarlı olsun həmdə aylıq yada illik faiz gəlire pulun üstünə elə bir bank olsun.Qeyd edimki yaşım 18 dir tamam olmayıb hələ

Verilmiş cavablar və yazılan şərhlər (13 cavab var)

Azerbaycan (2014-08-01 16:40:07)
Sehv basa dusduz maasdan elave bu pul men deyirem yene menim 20.000 im olsa IT studya acaram amma hami bele dusunmur axi,Men umumiyetle banka pul qoymaram, Cunki onu halal hesab elemirem,Amma sade yasamaq isteyenler coxdu,O pulu halal hesb edenlerde coxdu 98% adam onu halal hesab edir 5-10 mindi qoyur banka fso sade yasamaq isteyenler coxdu

E. Hacı (2014-08-01 11:06:46)
10000dən ayda 100-120 azn "maaş" gəlir, kef eləmək olur bu pulla? Bir milyon filan olsaydı yenə başqa, bir neçə banka qoyub(riski azaltmaq üçün bir neçəsinə) kef edərdi. Amma 5 rəqəmli məbləğ ancaq biznes üçün yaraya bilər.

Azerbaycan (2014-08-01 10:12:48)
Indi duz deyirsiz heyat riskdi amma meselen menim fikrim var unini qurtaarim 20.000 yigim girisim biznese batir cehenneme batsin amma hamida ele deyil axi birine 10.000 miras qalib sakit yasiyir aya qesey maasinda alir bunun neyine lazimdi durub basina is acsin gedib ele qoysun banka qurtardi aydada alsin faizin kef elesin

E. Hacı (2014-07-31 12:32:56)
Bank da bata bilər, az olmayıb indiyədək. Batmasa belə banka gedəndə yolda oğrular qapıb qaça bilər, və ya pulu qoyub qayıdanda yolda maşın vura bilər. Odur ki evdə saxlamaq lazımdır onda, evdən çölə çıxmaq da olmaz, təhlükəlidir. Amma yox, zəlzələ ola bilər, ev başına uça bilər. Hmm, həyat təmiz risklərdən ibarət imiş ki.

Azerbaycan (2014-07-31 12:05:29)
Biznese girismekde temiz riskdide 5-10 min pulu olan sakit yasamaq isteyen biri gedib o pulu neyese qoymaqdansa(hec 5-10 mini duzemelli bir seye qoymaq olmaz) ele qoyar banka her ayda alar 1 faizin yasayar geder

E. Hacı (2014-07-30 23:26:39)
Banka qoymaq ən sonuncu və az xeyirli yoldur. ondan daha xeyirsizi evdə saxlamaqdır. Digər yollar daha perspektivlidir, yatırım yapmaq, biznes qurmaq, daşınmaq əmlak və ya digər qiyməti qalxma trendində olan mülk almaq və.s.

Bextiyar Azeroglu (2014-07-30 18:57:24)
təşəkkürlər. anladım. pis şərtləri yoxdu ama. artıq pul olsaydı qoyardıq banka)))

E. Hacı (2014-07-30 18:38:32)
ş.v.=şərti vahid. Müqavilədə yazılır. Adətən elə 1 azn-ə bərabər olur 1 ş.v. Amma ən dəqiqi müqavilədə yazılır

Bextiyar Azeroglu (2014-07-30 18:13:09)
beynalxalq bankda əmanətlər haqda maraqlanırdım... minimal məbləğ-ş.v .... yazılır. bu ş.v nədir? 1ş.v neçə manat eliyir?

E. Hacı (2014-07-30 15:40:02)
Yo 1200 verir əksər bank. Hətta bir ara 2000 verirdilər,(2200 verən də vardı uzun il toxunmayan halında filan), sonra deyəsən mərkəzi bank tənzimlədi bunları. İndi 12% civarındadır. Amma bu ciddi gəlir deyil, biznesə yatıranda 30-40, hətta daha çox gəlir olur. Yəni əlində pulu olan biznesə, şirkət səhmlərinə və.s. qoyur pulu, belə şeyə ancaq heç bir bineslə, risklə uğraşmaq istəməyən adam pul qoyur.

Bextiyar Azeroglu (2014-07-30 14:55:19)
qardaş sən inanırsanki 10.000manata 1ilə 1200azn faiz versinlər? heç inandırıcı gəlmir. üstəlik elə şərtlər varki məsələn 2il pula toxunammarsan ya daha çox. əgər pulu tez çəksən veriləcək faiz silinir. yəni özlərinə sərf eliyəcək şərtləri var.

Azerbaycan (2014-07-27 15:06:19)
Ne? illik 10 manat nedi aya 1 faiz verirler yeni ile 12 faiz 10.000 qoysaz aya kartla 100 manat alassiz bildiyime gore eledi amma onu duz deyirsiz kredite az qala 100 faiz olsun

Bextiyar Azeroglu (2014-07-26 14:57:35)
Etibarlı olsun deyə dövlət bankına qoyun. Çünki özəl bankların bağlanma təhlükəsi var. (necəki keçən il 16bank bağlandı) ama pulun üstünə faizin gəlməsi inandırıcı deyil. gərək 10.000filan qoyasızki illik 10manat gələ. Azərbaycanda əmanətlərə qoyulan faizlər çox aşağıdır ama verilən kreditlərə qoyulan faizlər az qala 100%-a çatsın.... Beynalxalq bank yaxşıdır məncə.