Php-də class

Salam php də class işlətməyin mənası nədir ki?


Yadda saxlama
Kateqoriya: Sual . , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

(13:02, 26/07/2014 ) #45198

Böyük prayektlərdə istifadə olunur əsasən.
qarışıqlıq yaranmasın deyə.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(13:14, 26/07/2014 ) #45203

Class təkcə php-də yox, bütün proqramlaşdırma dillərində ən vacib anlayışlardan biridir. Hətta class-sız real proqramçılıq mümkün deyil də demək olar əminliklə. Class olmadan olan iş kod düzmə işidir, proqramlaşdırma deyil. Class təkcə funksiyaları bir yerə toplayıb hansısa sinfə tabe etmək deyil, class abstrakt bir anlayış olub, həyatdakı real obyektlərin abstrakt ifadəsidir. Ona görə də proqram yazarkən düşünən beyin məsələdəki obyektləri abstrakt olaraq siniflərə bölür və class-lar yaradır. daha sonra isə o class-lar sayəsində istəkləri reallaşdırmaq, prosesləri konfliktsiz işləməsini təmin etmək mümkün olur. Class olmadan böyük həcmli kod yazmaq nəzəri baxımdan mümkündür, amma sonra onu idarə etmək mümkün deyil, saysız hesbasız bug-lar çıxır, nəsə dəyişməkçün bir çox şeyi silmək lazım olur, sildikcə yeni bug-lar çıxır, bir sözlə tam fiasko.
Daha yaxşı başa düşmək üçün internetdən OOP(Object Oriented Programming) oxuyub dərindən başa düşün. Ondan sonra istər C++, istər PHP, istər Java, hamsında class-lar sizə eyni şey kimi görünəcək, birində istifadə o birində də istifadəni çox asan edəcək.
Sırf php-yə gəldikdə isə, mənası odur ki siz əgər 2-3 səhifədən ibarət kiçik vizitka veb sayt düzəldirsizsə, o halda burda proqramlaşdırma işi yoxdur deyə təbii ki php-də class işlətmək mənasızdır, bazadan məlumatları çağırıb səhiəflərdə qoyursuz vəssalam.
Amma php-də ciddi proyekt realaşdırırsızsa, o halda class qaçılmazdır, digər dillərdəki kimi. Classız alınan kod zibilxananı xatırladacaq və heç cür stabil işləyən nəticə verməyəcək

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(13:34, 26/07/2014 ) #45206

Tsekkur edirem

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(13:36, 26/07/2014 ) #45207

Class hem css bolme ucun uygunlasdiqda is.olunur. mes
[Code]

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Software Developer cavab verdi - İnzibati həbs (20 saat əvvəl)

Software Developer cavab verdi - Kripto odəmə qəbulu, xarici musterilerden (1 gün əvvəl)

Cənab cavab verdi - Azərbaycandakı supermarket kassalarında işlədilən proqram (5 gün əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (6 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (7 gün əvvəl)

Cənab cavab verdi - kurs diplomu ilə işləyə bilərəm? (8 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (10 gün əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (10 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (11 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (12 gün əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (12 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (14 gün əvvəl)

Aysu2009 cavab verdi - Azərbaycan əsgər mahnısının sözlərini ingilis dilinə tərcümə etmək (14 gün əvvəl)

Aysu2009 cavab verdi - Atestat almaq üçün ne etmeliyem? (14 gün əvvəl)

Aysu2009 cavab verdi - Azərbaycan əsgər mahnısının sözlərini ingilis dilinə tərcümə etmək (14 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 608 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23297 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024