Php-də class

Salam php də class işlətməyin mənası nədir ki?

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

Kohne_Dinick (2014-07-26 13:36:16)
Class hem css bolme ucun uygunlasdiqda is.olunur. mes [Code]

Azerbaycan (2014-07-26 13:34:30)
Tsekkur edirem

E. Hacı (2014-07-26 13:14:47)
Class təkcə php-də yox, bütün proqramlaşdırma dillərində ən vacib anlayışlardan biridir. Hətta class-sız real proqramçılıq mümkün deyil də demək olar əminliklə. Class olmadan olan iş kod düzmə işidir, proqramlaşdırma deyil. Class təkcə funksiyaları bir yerə toplayıb hansısa sinfə tabe etmək deyil, class abstrakt bir anlayış olub, həyatdakı real obyektlərin abstrakt ifadəsidir. Ona görə də proqram yazarkən düşünən beyin məsələdəki obyektləri abstrakt olaraq siniflərə bölür və class-lar yaradır. daha sonra isə o class-lar sayəsində istəkləri reallaşdırmaq, prosesləri konfliktsiz işləməsini təmin etmək mümkün olur. Class olmadan böyük həcmli kod yazmaq nəzəri baxımdan mümkündür, amma sonra onu idarə etmək mümkün deyil, saysız hesbasız bug-lar çıxır, nəsə dəyişməkçün bir çox şeyi silmək lazım olur, sildikcə yeni bug-lar çıxır, bir sözlə tam fiasko. Daha yaxşı başa düşmək üçün internetdən OOP(Object Oriented Programming) oxuyub dərindən başa düşün. Ondan sonra istər C++, istər PHP, istər Java, hamsında class-lar sizə eyni şey kimi görünəcək, birində istifadə o birində də istifadəni çox asan edəcək. Sırf php-yə gəldikdə isə, mənası odur ki siz əgər 2-3 səhifədən ibarət kiçik vizitka veb sayt düzəldirsizsə, o halda burda proqramlaşdırma işi yoxdur deyə təbii ki php-də class işlətmək mənasızdır, bazadan məlumatları çağırıb səhiəflərdə qoyursuz vəssalam. Amma php-də ciddi proyekt realaşdırırsızsa, o halda class qaçılmazdır, digər dillərdəki kimi. Classız alınan kod zibilxananı xatırladacaq və heç cür stabil işləyən nəticə verməyəcək

Hasan0208 (2014-07-26 13:02:58)
Böyük prayektlərdə istifadə olunur əsasən. qarışıqlıq yaranmasın deyə.