visa kartından pul çıxarmaq

Salam. Bəzi saytlar var ki heç bir onlayn ödəmə sistemindən istifadə etmədən kartlardan pul çıxara bilirlər. Məsələn arvixe, 10dollarmall, amazon. Mən də istiyirəm ki, öz saytımda heç bir onlayn ödəmə sistemlərindən istifadə etmədən kartdan pulu çıxara bilim. Bunun üçün hardasa APİ var?

Verilmiş cavablar və yazılan şərhlər (7 cavab var)

E. Hacı (2014-07-28 09:54:36)
Onlar aparat hissəsidir, post terminaldirlar yəni. Terminal isə bankda olan və həmin aparatdan olan ödənişə cavabdeh həllin adıdır.

Ayxan (2014-07-28 01:46:18)
Terminal nəyə deyilir? Paypoint e-manat kimi bir şey? Yoxsa mağazalarda olan balaca easypay aparatı kimi bir şey?

E. Hacı (2014-07-27 18:07:42)
Onu bankdan soruşmaq lazımdır. Terminal özü ucuz olur 20-30 manat. Amma belə şeyləri etməkçün hüquqi şəxs zad tələb edəcəklər, o da ki şirkət açmaq deməkdir. Yəni is böyüyur. Kiçik miqyasda belə şeyləri etmək olmur

Ayxan (2014-07-27 04:01:04)
Bes gateway acmaq ucun ne qeder vesait lazimdir?

E. Hacı (2014-07-26 15:25:55)
Söhbət ödəniş sistemindən gedir e,hansısa bankın card to card xidmətindən yox. Bütün dünya üzrə kartlardan çıxara bilərsiz(Master,Visa,Maestro və.s.) nəinki Azərbaycan daxili banklar.

Ayxan (2014-07-26 14:47:54)
Məsələn AccessBank-da açsam, AG Bank-ın kartınnan pul çıxarda biləcəm?

E. Hacı (2014-07-26 07:22:04)
Salam. Onun üçün şəxsi ödəniş terminalı açmalısiz (gateway) bankda, ondan sonra bankdan sizə access verərler ki charge üçün curl api budur, refund üçün budur və s. Asan iş deyil bizdə bu, çətin olar sizə tək etmək bunu. Məsuliyyəti çox ağırdır, kiminsə kart informasiya filani ələ keçme ehtimalı, ssl sertifikat və s. üstəlik insanların sizə güvənməsi çətindir. Ondansa azericard və ya goldenpay xidmətindən istifadə edib saytınızi qoşa bilərsiz. Gəlirin də 97%i sizə qalacaq, bütün məsuliyyət də onların.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Ən optimal mysql sorğuları

php-də fərqli cədvəllərdən çağırılmış məlumatları bir arrayda toplamaq

php faylın silinməsi

plastik card tövsiyyə

php oyun skriptləri

Saytın url-in götürmək