Refurbished nə deməkdir?

Salamalar. Mən onlayn shopping saytlarında Refurbished sözünə rast gəlirəm. Refurbished nə deməkdir? Refurbished yazşıdır yoxsa used? Deyəsən refurbished kimsə bu malı alıb zavadskoy defekti çıxıb və geri göndərib təmir elətdirib və satır deməkdi. Əgər belədisə onda niyə qiyməti aşağı olur? Refurbished olanlar işlənmiş olur? Yəni təmirdən sonra işlədiblər o malı yoxsa elə birbaşa satırlar?

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

E. Hacı (2014-07-27 21:17:55)
Yo onun refurbised ile əlaqəsi yoxdur, sadəcə saxta telefon imiş. Yəni nokia özü istehsal etməyən. Alanda diqqətli olmaq lazımdır ki hansi saticidan alinir

cavid639 (2014-07-27 18:55:11)
men de arasdirmisdim biraz referbusid telefonlari. sinaq ucun 20 $ a nokia 101 aldim referbusid idi. 1 ay super isdedi. qeydiyata apardim erizem redd olundu. indi qalib usdumde . teleonun imeisin imei.az da yoxluyuram problemsiz gosterir ama kcirmediler.

E. Hacı (2014-07-27 16:01:57)
Refurbished adi telefondur. Fərqi yoxdur qeydiyyat zamani. Orginaldirsa kecir, deyilse keçmir.

Bextiyar Azeroglu (2014-07-27 13:48:19)
refurbished in qeydiyata düşməyində problem olmur. refurbished-lər də orginal telefonlardı. sadəcə zavod defekti və s. olur o hissə dəyişilir yenidən satışa gəlir.

cavid639 (2014-07-27 10:22:56)
E.Haci Siz Azerbaycanda referbushid isletmisiz? bilmek istediyim qeydiyyat problemidi . Yeni qeydiyyatdan rahat kecirmisiz hansisa referbushid adinan aldiqinz telefonu?

E. Hacı (2014-07-27 08:53:35)
Bəli refurbished yazdığınız deməkdir. Nəsə cox kiçik və ya ciddi qüsuru olub (məsələn üst qutusu zədələnmiş maldan tutmuş malın özündə dəfəki olmuşa qədər hamsı refurbished gedir) sonra istehsalçı tərfindən düzəldilən. Qiyməti ona görə aşağı olur ki artıq təzə mal kimi dövriyyədən çıxır, istehsalçı da yarı qiymətinə satır onu şirkətlərə, şirkətlər də bir az qoyur üstünə satır. Mən indiyədək çox refurbished mal almışam, heç vaxt da təzədən zərrə fərq olmayıb. Refurbished işlənmiş olmur. Əgər işlənmiş olursa onda used adı ilə satılır, Refurbished yox. Və ya ancaq mağazada zadda açılıbsa sərgi kimi qoyulubsa ona da New other* yazırlar.