Wen.Ru’nun qazancı nədir?

Salam, Rusiyanın böyük hostinq saytı wen.ru (wap explorers network) fikir vermişəm ki hostinqi tam pulsuz və həmişəlikdir həm də ki indiə qədər bu saytda bir dənə də olsun reklam görməmişəm yaxşı bəs bu saytdan yiyəsi pulu necə qazanır yoxsa elə-belə açıb? (:

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

E. Hacı (2014-07-30 09:55:42)
Sayt ilə tam tanış deyiləm deyı düzü bilmirəm monetizasiya var ya yoxdur. Böyük ehtimalla var bəlkə də siz diqqət yetirməmisiz. Hansısa stage-də hansısa xüsusi hal üçün nəsə ödəniş tələb edə bilər. Yox əgər yoxdursa, o da təbiidir, proyektlərdə gəlir birdən birə olmur, müəyyən hədəf qoyrular o hədəfə çatanadək pulsuz işləyirlər, investisiya ilə və ya öz cibləri ilə, ondan sonra başlayırlar sürətli gəlirə. Məsələn Facebook 2004-2009da pul qazanmadan işlədi, yüz milyonlarla ziyana işləyərək. İnstagram - Açılandan bəri bu ilədək pul qazanmamışdı 4 ildir ya nəqədərdirsə, indi indi başlayırlar. Twitter - o da təxminən 5 il bir qəpik pul qazanmadan işlədi. Maraqlı olan odur ki adını çəkdiyim 3 sayt məşhurlaşan kimi asanliqla qazana bilərdilər böyük pullar, amma etmədilər, aylarla yox, hətta illərlə gözlədilər, pul qazanma imkanı ola ola. Çünki stragegiya məhz bunu tələb edirdi. Hədəf trafikə çatılmalı, optimal monetizasiya modeli qurulmalıdır ki gəlirə start verilsin.

Kohne_Dinick (2014-07-29 11:53:59)
O saytlarin hostu hitine baxir. Wen.runun sexsi saygaci var. Onu aktiv etmelisen 1 ay erzinde. Eger wen.runun reytingi ve ayliq hostu az olarsa meselen 2-5 olarsa sayt bazadan silinir. Odurki wen.ru saygaci aktiv olmalidir ki, wen.runun adminine qazanc gelsin. Beledeki o skript bizdede olsa konstruktor skriti bizde qurub vererik hosting faan telwb olunmur. Cunki php mysql desteyi yoxdu.

Əli (2014-07-29 10:34:40)
başa düşürəm e,indi soruşduğum odur ki sayt sahibinin nəyinə lazımdır ki bu sayt yəni ondan qazancı necə götütür?

Kohne_Dinick (2014-07-29 00:15:43)
Wen.ru ruslarindir ve php mysql desteklemeyen konstruktor saytidir. Bu sayt hosting vermir sadece subdomen saytinadi.wen.su ve ya(hak.su kan.su wen9.com nab.su tep.su ve s.)kimi subdomenler verir. Bu saytlar ucin hosting ayrilmir. Onu skriptle liboy domene qurmaq olar.