“Facebook”da paylaşımları önə çıxarmaq haqqında…

Salam. "Facebook"da paylaşımları önə çıxarmaq seçənəyi ilə səhifədə həmin səhifənin öz baş linkini və ya digər səhifənin əsas linkini paylaşaraq, CPM reklamı etmək olarmı, yoxsa, bu qaydalara ziddir? Cavabınız üçün öncədən təşəkkürlər!

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

Jurnalist (2014-08-02 21:19:53)
Anlaşıldı, təkrar təşəkkürlər, Elvin bəy!

E. Hacı (2014-08-02 19:16:18)
Leqal yollardan istifadə edib mümkün qədər qənaətcil yolla effektiv nəticə əldə etmək heç bir halda FB qaydalarına zidd ola bilməz. Hər kəs öz strategiyasını özü müəyyən edir və təbii ki bu strategiyada mümkün qədər az xərclə effektiv nəticə düsturu işləyir. Burda ümumiyyətlə nə şübhə yeri ola bilər hələ də qaranlıqdır mənə :)

Jurnalist (2014-08-02 18:51:22)
Elvin bəy, fikrinizi gözləyirəm... :)

Jurnalist (2014-08-01 19:16:14)
Bildiyiniz kimi, "Facebook"da səhifə useri artırmaq üçün xususi reklam növü təklif olunur. Bu tip reklamla user artırmaq isə olduqca baha başa gəlir. Hesab edirəm ki, CPM reklam kampaniyası ilə eyni nəticə daha az büdcə ilə mümkündür. Yəni, belədirsə, "Facebook" daha bahalı reklamını satmaq üçün ucuz yöntəmə basqı etməzmi?...

E. Hacı (2014-08-01 10:05:45)
Salam. Bu qaydalara niyə zidd olsun ki? Nəsə aydın olmadı burası mənə. Yəni şübhənizin əsası nədir?

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

facebook messenger

Facebook hacker cup

Facemoods tətbiqetməsində virus?

FACEBOOK hesabı silmək

Facebookda sildiyim hesabın yenidən bərpasında nömrəni necə aktiv etmək olur?

Facebook bildirişlərin qarşısını almaq istəyirəm