Subdomain üzərində qurulmuş WordPress’lə bağlı

subdomain.saytadı.com üzərində Wordpress qurdum. Əsas olan saytadı.com-un fayllarını köçürdüm yeni subdomain.saytadı.com-a aid ftp hesaba, saytadı.com-un mysql bazasını eksport eləyib subdomain.saytadı.com-a import elədim eynilə saytadı.com-da olduğu kimi kimi açıldı. ama linklərə girəndə saytadı.com-da olan linklərə keçir. mən istəyirəm subdomain-də qurduğum sayt tamam ayrı yəni subdomain.saytadı.com-a aid olsun. məsələn saytadı.com Azərbaycan dilindədir. ru.saytadı.com isə rus dilinə tərcümə edim kontentini rus dilində olsun. Öncədən təşəkkürlər.

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

davinci (2014-08-01 13:41:53)
Təşəkkür edirəm Elvin bəy :-) dediklərinizi etdim alındı.

E. Hacı (2014-08-01 09:55:05)
Saytı ftp ilə köçürmək bəs etmir, axı database-də domen olaraq hələ də əsas sayt qalıb. Daxil olun wp_options table-na, orada iki sətir var option_name: siteurl və home. Hər iki sətirdəki option_value-ni dəyişib edin subdomainə uyğun, vəssalam, işləyəcək sayt normal

davinci (2014-08-01 00:02:40)
Cavabladığınız üçün təşəkkür. Ama fikrinizi tam başa düşə bilmədim.

Kohne_Dinick (2014-07-31 23:44:41)
Salam siz yeqin wordpress skriptini saytadi.comda arxivden cixarmisiz qovluq qalib orda sonra subdomen yaratmisiz dirketden lakin skript orda qalib. Siz yaxsi olarki o skripti tamamile subdomen papkasinda qurasiz yeni orda zipden cixarib baza melumatlarina orda yaratdiginiz bazano yazin meselen subdomen_wp

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

WordPress fayl limit

wordpress haqqında

Sual-cavab saytı üçün tema

WordPress postlara Baxış sayı

WordPress theme structure

WordPress reytinq plagini