php haqqında möcüzəvi sual

Salamlar. Çox qəribədir.... index.php faylında [code]include('lang_az.php');[/code] yazmışam. Bunu yazanda html template-imdə dəyişiklik olur. Bunu kodu əlavə edəndə html templateimin başlanğıcında ağ zolaq əmələ gəlir... Ancaq kodu əlavə etməyəndə normal işləyir... Aşağıdakı şəkillərə baxsaz başa düşərsiniz...

lang_az.php faylı


Neçə ildi proqramistəm birinci dəfədi başıma belə bir şey gəlir...

Verilmiş cavablar və yazılan şərhlər (7 cavab var)

Ayxan (2014-08-03 00:29:27)
Tapdım. Notepad++ proqramında encoding-i UTF-8 seçmişdim. Amma UTF-8 without BOM elədim yox oldu. Nə firebug lazım oldu nədəki errorlar.

E. Hacı (2014-08-02 23:23:45)
3 hal yazmışam, Error ən son ehtimal. Əsas olan ilk iki ehtimaldır. Lokalda yox, vebdə olsa 10 saniyəyə bilmək olar nərdədir problem

Cabbarov Sübhan (2014-08-02 23:19:59)
Onda belə çıxır ki heç bir problem yoxdu. Massivi bu cür təyin edib yoxlayın $lang=array("account"=>"Hesab","no_page_name"=>"Ucuz Məhsullar"); Yenədə düzəlməsə css kodlara baxın siz

Ayxan (2014-08-02 22:36:20)
Baxmışam. Heç bir error yoxdur.

Ayxan (2014-08-02 22:35:44)
Heç bir error yoxdur. View-Source ilə də baxmışam. Bütün error warrings noticesi göstərməyi də qoşmuşam...

E. Hacı (2014-08-02 12:20:41)
Salam. front end görüntünün php ilə əlaqəsi yoxdur. Brauzerlərdə qəşəng alət var: Firebug, Chrome Dev Tools və.s. Onunla asanlıqla görə bilərsiniz ki o ağ zolaq nəyindir, css margindir, html sətirdir, php errordur çıxır ya nədir. Ondan sonra artıq nə olduğunu biləndə hansı php faylda olduğunu biləcəksiz.

Cabbarov Sübhan (2014-08-02 09:41:37)
Yəqin ki error verir. Ağ zolaq görünəndə səhifənin mənbə kodlarına brauzerdən baxın görün orda nə çıxır. Boş yerə ağ zolaq verməz. Funksiyalar qovluquna baxın görün php-dən başqa fayllar var ya yox? Orda işlətdiyiniz kod düzgün deyil. Ola bilsin istifadəçi ora jpg faylı atsın bu zaman jpg fayl include edilməyəcək bu da səhv verər.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Php skriptini perl-a çevirmək

WordPress temada kömək – pagenavi

Treeview

Hər hansı bankın valyuta məzənnəsini php ilə əldə etmək

PHP error funksiyaları

php dərslik