Embed kodumda fullscreeen işləmir

Mən video provayderi olacam. Hal hazırda skript-ini yazıram... Ancaq bir dənə problemim var. İstifadəçilərə verdiyim embed kodunda bir problem var. Problem odur ki, videoları fullscreen eləmək olmur. Playerim həm html5 həmdə ki, flashdir. Ancaq mən elə eləmişəm ki, browser əgər html5 dəstəkliyirsə html5 kimi açsın videonu. Dəstəkləmirsə flash kimi. Flash ilə açanda heç bir problem olmur. Fullscreen eləmək olur. Amma html5-də isə fullscreen eləmək olmur. Youtube-un verdiyi embed kodlarında isə fullscreen eləmək olur halbuki o da html5 videodan istifadə edir. İstifadəçilərə verdiyim embek koduna bir misal: [code]<iframe width="530" height="270" src="http://videohost.tk/embed/0f2c67c9b" frameborder="0"></iframe>[/code]

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

E. Hacı (2014-08-06 10:03:07)
Verdiyiniz kodda fullsreen işləyir, sadəcə iframe-in içində. html5 kodu iframe ilə etməyin, html5 video teqindən istifadə edin. html5 ilə bunu çözsəz belə internet explorer bir sıra versiyalarda bunu dəstəkləməyəcək. Tam həll üçün ya araşdırma aparıb böyük saytların praktikasından istifadə etmək lazım, ya da embed-i iframe ilə yox, alternativ yolla vermək lazım JS ilə. Sizin hala uyğun isə JW player həlli var javascript library ilə: http://misterneutron.com/JW68iframe/ http://misterneutron.com/JW69iframe/iframe.html

E. Hacı (2014-08-06 10:03:03)
Verdiyiniz kodda fullsreen işləyir, sadəcə iframe-in içində. html5 kodu iframe ilə etməyin, html5 video teqindən istifadə edin. html5 ilə bunu çözsəz belə internet explorer bir sıra versiyalarda bunu dəstəkləməyəcək. Tam həll üçün ya araşdırma aparıb böyük saytların praktikasından istifadə etmək lazım, ya da embed-i iframe ilə yox, alternativ yolla vermək lazım JS ilə. Sizin hala uyğun isə JW player həlli var javascript library ilə: http://misterneutron.com/JW69iframe/iframe.html

Ayxan (2014-08-06 00:17:30)
Bir şey də əlavə edəcəm... Əgər siz http://videohost.tk/embed/0f2c67c9b linkinə daxil olsanız, və html5 player load olsa onda fullscreen edə biləcəksiniz. Çünki siz embed linkinin özünə girmisiniz. Amma mənə lazımdır ki, digər domenlərdən də fullscreen etmək olsun...

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

XML Music Player shuffle

Məsləhətli fləşkart

Bios Menu Dəyişmək

MP3 modulator (FM transmitter)

Toshiba 64 gb USB flash drive

Flaş oyuna yüksək xallar (highscores, topscores) əlavə etmək