Proqramist sənəti haqqında

Salam,mənim artıq istisas seçmək vaxtımdır,mən isə proqramist olmaq istəyirəm və indi bu mövzu haqda proqramistlərə bir neçə sualım var.. Proqramist harada işləyir? Proqramist üçün həmişə iş varmı? Proqramistin orta maaşı nə qədər olur?

Verilmiş cavablar və yazılan şərhlər (7 cavab var)

zakoder (2019-05-01 18:15:32)
Salam web proqramci daha yaxsidir

Kenan Qeribzade (2016-08-05 12:15:39)
Salam Bes Proqramci olmaq ucun hansi ixtisas lazimdir ve Hansi Universtet lazimdir?? Yeni Proqramist adinda ixtisas yoxdu komputer elmleridi?

ahmed (2014-08-17 19:57:11)
Sorry, Twiliht.bella-ya + vermek isteyirdim, tesadüfen elim minusa deydi. Mümkündüse admin bella-nin seslerin düzelderdi, yeni +2.

Twilight.bella (2014-08-13 15:05:41)
siz maasi fikirlesmeyin.Hevesiniz nedi onun dalinca gedin. Isinizi sevseniz daima irelye gedeceksiniz ,axtaracaqsiniz ve ixtisaslasacaqsiniz. Is sahenizde ehtiyac duyulan biri oldugunuzda maasiniz da yaxsi olacaq.Menim sexsi fikrimdi. heves olmadan hansi sahenin arxasiyca yalniz maddi maraq ucun gedende onsuz da alinmir. Amma sevdiyin isin maasi az olsa da urekle gorduyun ucun qazanc da bereketli olur

E. Hacı (2014-08-13 14:43:28)
Hansına maraq varsa o. Desktop və veb bu baxımdan asandır, yaxşı öyrəndin işlə. Oyun, mobile development filan bir az risklidir, sonradan ora keçmək daha yaxşı olar, nəinki əvvəldən

Əli (2014-08-13 14:36:54)
Yaxşı bəs, web proqramçı olmaq yaxşıdır yoxsa kompüter üçün oyun proqram yığmaq ümumuiyyətlə android-vvindovvs,ios bunlardan hansı qabağa gedəcək?hansılar üçün proqram-oyun yığmaq yaxşı olardaı?bu haqda fikiriniz..

E. Hacı (2014-08-13 14:29:32)
1. Banklarda, mobil operatorlarda, informasiya texnologiyalarına aid çoxsaylı şirkətlərdə, böyük zavodların, müəssisələrin, nazirlik və dövlət müəssisələrinin, şirkətlərin IT bölməsində və.s. 2. Bacarığı olduğu müddətdə həmişə. 3. Orta maaş obyektiv mənzərəni canlandıra bilməz. Çünki proqramlaşdırmanın növləri çoxdur, kateqoriyalar çoxdur. Hazırda bank sektorunda ortalama 1000-2000, mobil operatorlarda 1500-2000, aparıcı olanlar isə 2000-2500, özəl şirkətlərdə 1000-2000-dir ortalama proqramçı maaşları. Amma çoxsaylı şirkətlər, idarələr və.s. də var ki onlarda 500-1000 arasıdır. Hər kəs öz bacarığına uyğun yerdə işləyə bilir. Təbii ki bu o demək deyil ki proqramçılığa aid ixtisas oxudunmu, seçdinmi, mütləq belə maaş olacaq. Xeyr, proqramçı olmağa qərrar verən tələbələrin 90%i uğursuzluğa düçar olub başqa sahə seçməli olur. Yəni heç nə asan deyil, seçməkdən sonra əsas iş çalışmaqdır illər boyu.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Proqramist olmaq üçün kompüter elmleri yoxsa lT?