online xəbər portalları qazanc yolları

Salam.məhşur online xəbər saytları (məsələn oxu.az musavat.com kimi) xəbər portalları hansı yollarla pul qazanırlar??bildiyimə görə bəziərinin onlarla işçisi var və ayliq qazancları heddindən cox yüksəkdir.

Verilmiş cavablar və yazılan şərhlər (7 cavab var)

E. Hacı (2014-08-22 12:57:28)
Sayt populyar olandan sonra reklam agentlikləri özləri əlaqə yaradıb təkliflərini verirlər ki filan filan şirkətlərin reklamı var qəbul edirsiz, onlar da razılaşır götürür. Və ya tərsinə özlərinin reklam agentlikləri ilə əlaqəsi varsa əlaqə yaradıb təklif edirlər ki yerimiz var reklam üçün. Belə birbaşa sayta şirkətin reklam qoyması nadir hadisədir az rast gəlinir.

Iqbal_iqr (2014-08-22 12:30:52)
bu cür reklamları haradan əldə edirlər???

Kohne_Dinick (2014-08-16 23:16:26)
Salam sayta girende fikir vermisiz baglangic js reklam gelir, sonra saytda reklam verenlerden netmoney webmoneylerle pul qazanirlar ve iframe kodlarla online link izleme ve s. Sonra klikler pointler ve s.

E. Hacı (2014-08-16 16:03:00)
Ölkə bazarına uyğun qiymətlərdir də, nə çox nə az. Hər halda hər kəs qiyməti elə müəyyən edir ki portal ayaq üstə qala bilsin normal gəlir də gətirsin. Məsələn gündə 50 min adamın daxil olduğu bir portalın aylıq 5-10 min azn gəlir gətirməsi normaldır.

Iqbal_iqr (2014-08-16 15:39:08)
ölkə daxilində reklamlara görə elə çoxpul verirler saytlara??

Sabir_Azeri (2014-08-16 14:22:01)
Maaşlar yüksek olmur, adeten 400 manat verirler jurnaliste. Bezi reklam olmuyan saytların ayrı pul menbeyi olur, bu daha çox dini saytlardı.

E. Hacı (2014-08-16 13:48:27)
Reklamdan