İngiliscə içərikli saytın yüksək TBM verməsi

Salam.Bu günlərdə əsasda türk forumlarında trend olan mövzü var ki,ingiliscə olan saytda yüksək TBM olması.Və məndə özümdə araşdırdım Google Adwords Keyworddan baxdım ki,həqiqətən ingilis sektorunda yüksək gəlir var məndə belə bir fikir yarandıkı beynimdə sizinlə bölüşmək istəyirəm.Adwords keyword planner araşdırdım ingilis bir sağlamlıq siğorta haqqında adsense bizim pulla desem klik başına 4-6 AZN verir.Gün ərzində 10 Klik gəlsə günlük 40 AZN gəliriniz olur.Bu pulu aylıq qazanca çevirəndə 40x30=1200 AZN gəlir.Sizcə mənim bu fikrim hesablamam xəyaldı ya da ki,mən bu sektorda nəyisə unuduram.Birdənə bunu bilirəm ki,bəli bu sektorda rəqabət yüksəkdi.

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

Sabir_Azeri (2014-08-19 23:42:07)
"Ecnebi seyre balonlarla cixir. Biz hele avtomobil minmeyiriz. (M.E. Sabir) " Qardaşlar unutmuyaq ki olar bizden çox irelidi, bizim indi etdiklerimizi olar 3-4 il evvel edibler, bu merheleleri keçibler. Sosial şebekelerde keçirdiyimiz vaxtdan biraz ayırıb genc,savadlı bir avropalı, amerikalı ile dialoq aparsaz görerik ki biz ne qeder geriyik. Uğurlu layihe istiyirikse avropadakı heyatı, gencleri öyrenib onları yavaş yavaş burda tetbiq etmek lazımdı. Belece vaxtı qabaqlamış olarıq özümüzçün. Çeynenmiş,beyinlerden keçmiş fikirlerle vaxtımızı itirmeyek. Biz ne gencik ki ayda 50-100 dollar qazananda sevinirik :(

E. Hacı (2014-08-19 23:11:58)
Təbii ki bilər, keyfiyyətsiz tərcümə olduğuna görə də saytınızın dəyəri çox aşağı düşər

Alik (2014-08-19 22:55:25)
Belə bir sual verim hər hansısa bir türk və ya digər saytlardan məqalə götürüb onu Bing translate də ingiliscəyə çevirsəm.Google bunu bilər?

E. Hacı (2014-08-19 22:48:18)
İsrarla çalışsaz keyfiyyətli kontent istehsal etsəz təbii ki nəticə olacaq, amma asan deyil indidən bilmək yaxşıdır, çünki ingilis dilli sayt yaratmaqla siz ingilis dilli bazara daxil olursuz, hansı ki ana dili ingilis dili olan minlərlə sayt sahibi o sahədə rəqabət aparır

Alik (2014-08-19 22:38:37)
Əsasda bu google adsensenin Azərbaycan saytlarında adsense reklamlarını yayımlamadığı üçün məcbur axır ingilislərə keçməli oldum.İnşəAllah yorulmadan bu sektorda işləyirəm 1 aya azda olsa nəticə görsəm davam edəcəm.

E. Hacı (2014-08-19 22:33:15)
Daha çox xəyaldır. 1. Bu sektorda TBM çoxdur, deməli belə düşünən publisherlərin sayı da on minlərlədir və deməli elə içərikli sayt açsaz sizə çox güman ki reklam çatmayacaq. Çatsa da dediyiniz kimi biri 4-5 $ yox, 40-50 cent olacaq ortalama. 2. Ayda 1200 qazanmaq isə adsense ilə tam realdır , adsense-dən 100minlər qazananlar var. Sadəcə saytınızın kontenti yüksək keyfiyyətli və trafiki yüksək olmalıdır.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Google Adsense pin kod

Google Adsense Azərbaycan

Google AdSense və Azərbaycan dili

Google Adsense qeydiyyatı

Google Adsense reklamları və Azərbaycan saytları…

Google Adsense Azərbaycan