Motorola 68k və Motorola 68000 eyni proqramlaşdırma dilləridir?

Salam. Sualı başlıqda yazmışam: Motorola 68k və Motorola 68000 eyni proqramlaşdırma dilləridir? yəni burdakı k hərfində minlik (000) nəzərdə tutlub? Və mən bu proqramlaşdırma dilini necə öyrənə bilərəm? Hər hansı bir kurs? Təşəkkürlər

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

Jezz (2014-08-21 00:25:53)
Təşəkkürlər. Google-də bəli var amma açığı ingilis dilində az başa düşürəm. həm anlaya bilmək həm də öyrənməyə çalışmaq çox çətindir.

E. Hacı (2014-08-20 10:26:04)
Sadə google axtarış göstərir ki eyni şeylərdir ikisi də. Amma proqramlaşdırma dilləri deyil, mikroprosessor nüvəsidirlər. Kurs ağlınıza belə gətirməyin belə spesifik sahələr üzrə. İnternetdə pdf-lər filanlar çox olur, endirib səbrlə özünüz öyrənə bilərsiz