WEB ‘lə WAP ‘ın fərqi nədir?

Salam,2 ilə yaxın olar ki internetə girirəm,bu müddətdən də təxminən yarım il olar ki,saytlar yığıram amma bilmirəm mən vebmasterəm yoxsa vapmaster :) ümumiyyətlə veb'lə vap'ın fərqi nədir?nə olar bilirsinzsə mənə deyin məni bu biabırçılıqdan qurtarın :)

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

Əli (2014-08-20 23:33:01)
vaaaooooooooo mənim üçün həyat davam edir :D htmlin tətə-təzə moda mindiyini eşidincə ))

E. Hacı (2014-08-20 23:07:52)
Salam. Mən Android adı çəkmədim, veb üzərindən olan məhsulları sadaladım, amma belə maraqlıdırsa məlumat verim ki html5 ilə Android və İOS proqramların sayı kifayət qədərdir. Ya Cordova, Phonegap ilə Java Webkit komponenti üzərindən işləyən html5 app, ya da sadəcə mobil veb html5 app(Intell framework, Sencha Touch, Kendo UI, jQuery Mobile və.s. freymvörklər üzərində qurulan). Yeni mobil ƏS-lər olan Firefox OS, Ubuntu OS, Sailfish OS və.s. isə html5-i native olaraq dəstəkləyir. Şübhə yoxdur ki Androidin də hazırki html5 imkanları daha da genişləndiriləcək növbəti versiyalarda.

Azerbaycan (2014-08-20 22:47:26)
Salam Elvin bey, basa dusmurem android proqramin html5-e ne dexli? o hara, bu hara

E. Hacı (2014-08-20 22:37:47)
Xeyr, html ta əvvəldən var və inkişaf etdirilir, hal hazırda html5 texnologiyası üzərində iş aparılır, vebin bütün gələcəyi html5 ilə bağlıdır, həm mobil həm də kompüter cihazları, həm proqram təminatı, həm oyun, hamısı html5 ilə bağlıdır gələcəyi. bir sözlə html hələ indi dəbə minir. İndiyədək işlədilən html3 html4 isə sadə bir şey idi.

Əli (2014-08-20 22:31:52)
hə başa düşdüm bunlar vvml -dir.. yəqin ki bir vaxtlar vvml də düz əməlli bir proqramlaşdırma dili olub indi bəs html-in moddan düşmə ehtimalı var? :(

E. Hacı (2014-08-20 21:54:18)
wap-ı artıq unudun getsin. Internetin zəif olduğu, mobil cihazların azimkanlı olduğu dövrdə informasiya mübadiləsi üçün aktual olan bu texnologiya hazırda sırf internet saytları sahəsində tam lazımsız bir texnologiyadır. Wap saytlarda informasiya wml ilə, web saytlarda html ilə ötürülür. Bir sözlə hazırda mövcud olan internet sayt aləmi web adı altında cəmləşir (http və https protokolları ilə ötürülən, html dilində informasiyadan ibarət texnologiya) Bu iki anlayışı yırd etməmək biabırçılıq deyil, biabırçılıq hələ də vvap saytlarla maraqlanmaq, düzəltmək daxil olmaq və.s.-dir :)

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Sayt daxilində link yerləşdirmək

Web programçı işi hansı qruptadı?

Php- motivasiya…istiqamet

Saytdan,portaldan bu qədər qazanc Çox olur ?

Javascript div content dəyişməkdə kömək.

SWF Ve Gif Animasiya Proqramı