Harddiski (HDD) kompyuterə tanıda bilmirəm.

Salam.Mənim 2 kompyuterim var, biri işlək vəziyyətdədir, mən digərindəki harddiski bu işlək vəziyyətdə olan kompyuterə qoşub tanıda bilmirəm.Belə deyim də, özümdəki harddiski çıxardıb o biri harddiski qoşuram amma aşılmır.Harddiski taxdıqdan sonra kompyuteri işə saıram windows 7dir, kompu yandiriram windows emblemi gəlir sonra mavi ekran yaranır və itir yenidən perezaqruzka gedir dəfələrlə təkrarlanir bir sözlə harddiski oxumur.Sualım odur həmin harddiski kompyuterə tanıtdırmaq üçün nə edim? Orda çox önəmli sənədlər lazımlı şeylər var onlar lazımdı mənə.İstəyirəm o harddiski qoşum bu kompyuterdə istifadə edim bir müddət.Köməyinizi gözləyirəm.Öncədən çox sağolun

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

EliSahruxi (2014-08-22 13:59:38)
sen qos kamputer acilandan sonra my compuretde gir bitun local diskleri goreceksen

Hikmet_Nasir (2014-08-22 08:58:10)
Köməyiniz üçün çox sağolun, məndə ikisi də stolüstü kompyuterdir notebook deyil.Deməli belə başa düşdüm ki, hal-hazırda istifadə etdiyim kompyuterin harddiskini çıxartmayım, digər harddiski da buna qoşum ikisi də işlək vəziyyətdə olsun o zaman çalışacaq. Bəs bir söz də soruşum, indi mən o harddiski də bu kompyuterə qoşduqdan sonra nə etməliyəm? Qoşduqdan sonra nələr etmək lazımdır?

Dilsuz (2014-08-21 12:40:46)
Salam. Əsas HDD-ni çıxarmadan digərini qoşun.

NModern (2014-08-21 12:39:53)
Salam. Bu ona görə baş verir ki digər kompyuterin avadanlıqları (chipset, prosessor və s.) ilə hal-hazırda hard diski taxdığınız kompyuterin avadanlıqları eyni deyil. Ona görə də VVindovvs göy ekran verərək sönür. Bu hard diskin oxunmaması demək deyil. Əgər Stolüstü kompyuter işlədirsinizsə onda hard disklərin hər ikisini eyni zamanda qoşun. Hazırda işlək olan Vvinovvsdan köhnə hard diskin fayllarına baxa bilərsiniz. Yox əgər hər ikisi də noutbukdursa onda hard disk üçün Boxlar satılır, (10 manata təqribən) ondan alın, köhnə hard diski taxın box-a və kompyuterinizə USB vasitəsilə qoşun.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Macbook-da Harddisk Dəyişdirərkən Köhnə Harddiskdəki Data və Sistemi İstifadə Etməkdə Problem Çıxırmı?

WD harddiskdə ciddi problem

HDD görsənmir

Komputerin harddiskinin kütləvi sifarişi üçün tətbiq olunan gömrük rüsumu