daily-traffic.com saytı haqqında sual

Salam daily-traffic.com və ya bu kimi saytlar barədə məlumatı olan var? Baxıram çox cüzi məbləğə 5-10 min user gəlir. Yazılanlara görə real insanlardır hər biri. Belə şey mümkündür? Bu necə baş verir? Özləri saytı reklam edirlər?

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

Alik (2014-08-25 19:08:15)
Onlar hamısı canlı userlərdir.

lemark (2014-08-25 18:15:50)
hətda ebayda satdigim vaxtlarda alicilarim menimle email ile elaqe saxlayirlar. xarici fabrikle internetde tesadufen tanış olmuşam

lemark (2014-08-25 18:13:36)
alik, mən hələ cüzi məbləğdə reklam etmişəm, 6 nəfər qeydiyyatlı istifadəçidən 3ü sifariş edib. xaricilər mənə inanmasaydılar sifariş elemezdilər. trafik qazanma olmur nə olursa olsun. esas saytima user gelsin. sadece bilmək istədimki həmin userlər canlı insanlardır yoxsa botlardır.

E. Hacı (2014-08-25 17:20:23)
Mənasız trafik qazanma üsuludur. Trafiki neynirsiz? Müştəriyə göstərib reklam qazanmaq üçünmu? O halda müştəri təkcə trafikə yox həm də bounce rate-ə filan baxacaq. Və normal məlumatlı müştəri bir az araşdıran kimi biləcək ki saxta trafikdir.

Alik (2014-08-25 16:22:50)
Salam.Bu Tip saytlar bu sistemlə işləyir ki,sən başqa saytları girirsən müəyyən vaxt ölçüsündə misal üçün 30 Saniyə.Onlarda sənin saytıva girir və beləliklə sən reyting qazanırsan.Bu saytlar sadəcə bu rolu oynuyur ki,sən brauzeri açıq saxlayırsan brauzer avtomatik saytlara girir və sənda xal qazanırsan o xal vasitəsi ilə səndə saytıva adamlar girir və beləliklə reyting qazanırsan.Amma mən bu tip saytlara mənasız baxıram.Diyəlim o saytdan sənin saytıva 1000 adam girdi hə nə olacaq ki?