Artıq əməliyyat sistemlərini silmək

Salam, şəkildə işarələnən sistemlər əvvəl olub, sonra C diskindən Windows və Ubuntu qovluqlarını silmişəm. Əsas Windows 8 D diskində qalıb. Kompyuteri açanda 3 seçim olur, amma 2-si işləmir (silmişəm deyə). Bunları tam necə silmək olar?

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

Emrah (2014-08-27 19:11:38)
Dediyiniz yolla Windows-u sildim, amma orada Ubuntu yox idi, silə bilmədim.

Dilsuz (2014-08-27 09:59:02)
Salam. Run'da msconfig daxil eləyin və açılan pəncərənin (system configuration) boot bölümündə istədiyinz OS'u seçib Delete (silmək) edə bilərsiniz.