Adsense Bağlandı

Adsense ban verdi.Səbəbi isə dəqiq yazmayıb.Qeydiyyat olduğum 2 gün idi.Flash oyun saytı idi.Ehtimal edirəm ki özüm klik etdiyim üçün oldu.Təsadüfən bir dəfə rəklama klik etmişdim.Flash saytın başqasına hədiyyə edib başqa sayt düşünməliyəm adsense üçün.Adsense istifadə edənlər mənə biraz özlərinin iş prinsibi haqqında yazsa minnətdar olaram.Nə tip sayt işlədirlər?Hansı dil istifadə edirlər?Neçə aya 100 dollar pul qazanırlar? Əvvəlcədən hər kəsə təşəkkürlər, Hörmətlə, M.Zaman Qeyd: Adsense haqqında verdiyi dəyərli məlumatlara görə E.Hacı-ya təşəkkürlər.

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

E. Hacı (2014-08-31 18:24:44)
Cavablarda zaman zaman adsense olub, indi də qismən görünür. Amma gəlir məqsədi ilə yox, ara sıra yerli reklamlarin klik əmsalını test etmək və s üçün. Yerli dildə bir sayt üçün adsense sisteminə ümid etmək hazırda məncə düzgün deyil. Gələcəkdə bəlkə nəsə dəyişə. Amma qərbdə adsensein əla gəlir verdiyi ölkələrdə də adsensee söykənən gəlir modeli absurd sayılır. Adsense vasitə olmalıdır, bütün ümid yeri, gəlir mənbəyi yox. Saytın öz gəlir modeli olmalıdır, adsense burada sadəcə bir bənd olmalıdır. Xarici populyar trafik saytların əksəri adsense ilə yanaşı başqa referal, affiliate sistemlərdən istifadə edir, və ya birbaşa özü banner sistemi təklif edir və. S. Ümid edirəm fikrim aydın oldu: heç kim ümidini adsense sisteminə bağlamır, çünki bu düzgün deyil

M.Zaman (2014-08-31 17:37:08)
Yeni ideyam ingilisce və daha çox populyarlıq qazana biləcək xəbər portalı açmaq olacaa.Reyting əldə edəndən sonra Google-a qeyd olaram. Son olaraq Cavablar.Net kimi reytinhli bir saytı Adsenseye əlavə etsəydiniz pul qazanmazdı?? Təşəkkürlər,E.Hacı

E. Hacı (2014-08-31 17:32:25)
1. Adsense məqsəd yox vasitə olmalıdır. Bir sayt ki adsense naminə yaradıla, yüz dənəsini Açsaz da sonuc eyni olacaq. 2. Sayt qanunu olmalı, qaydalara da riayət edilməlidir. Başqa yolu yoxdur. Hər hansı sirr yoxdur. Tam otirusandan sonra hər şey artıq reklamları optimalasdirmaq, saytınızi populyarlaşdırmaq haqda düşünə bilərsiz. 3. Sayt açılan kimi reklam qoyulması böyük yanlışdır. Sayta gündəlik minlərlə adam girənə qədər reklam qoymaq indidən gəlir götürməmek taleyini müəyyənləşdirmək deməkdir. Bu bir peşədir,peşəkar yanaşma tələb edir, asan heç nə yoxdur ola da bilməz. Bir məsələni bir dəfəlik yadınıza saxlamaq yaxşı olar: Google ağılsız deyil ki pul paylasin. Tələsik adsense dən pul qoparmaq yollarını onlar çoxdan düşünüblər. Nə edirsiz edin keçməyəcək. Başa düşüb ban edəcəklər. Hətta özünüz gedib başqa başqa kompüterlərdən klik etsəz şəhəri gəzsəs, yenə də başa düşüləcək, xüsusi ehtimal paylanma alqoritmleri ilə, və yenə blok edəcək. Yəni nəsə qazanmaq istəyirsizsə reklam şirkətinin qaydalarına uymalisiz. Çoxlu qazanc çoxlu klik yox çoxlu istifadəçi olduqda mümkündür. Klik öz özünə Təbii paylanma ilə alınır.