ASUS ZENFONE 6

Salam,Mən Asus zenfone 6 almaq istəyirəm,Telefon funksiyalarına görə Samsung note 3 neo-dan güclüdür,Qiyməti də o qədər baha deyil,Tanışlarınızdan bu telefonu işlədən var?Keyfiyyətçə necədir?Almağa dəyərmi?

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

cavid639 (2014-09-06 13:31:50)
Aksesuarlari baha deyil. Aliexpres yada ebaydan ala bilersiz.

_HACKER_ Elvin (2014-09-05 11:05:26)
Asus modellərini aksesuarları heç tapılmır.olsa da baha olur... Məncə məşhur modellərdən alsaz yaxşı olar...

cavid639 (2014-09-04 21:02:06)
ASUS Zenfone 5 aldim bir nece gun isletdim. 1 gb 8 olan versiyasin. Camera baximinnan yaxsi idi . Ama cox da tekmillesmiyib bu tel. meselen proessor 1.6-2 ghz olsa da o effekti vermirdi. Mence Zenfone 6 nisbeten yaxsi olar. Zaryadka yaxsi saxliyirdi. Ozunemexsus proqramlari var idi . Ve xosuma gelmeyen cehet RAMin cox islenmesidi. meselen formatdan sora telde 400 mb bos 600 MB dolu olur. birki proqramnan sora dolurdu. Oyunlarda donma olmurdu ama yavasimalar var idi / Agir oyunlarda avtomatik oyunnan cixirdi. Camerasi cox super idi. bu dediylerim Zenfone 5 e aiddi . zenfone 6 mence daha yaxsi olmalidi. Mence almaqa deyer ama .

E. Hacı (2014-09-04 19:44:34)
O bu zonaya rəsmən gəlməyib deyə çətin ki işlədən tapasız, youtube-da kifayət qədər review var , baxa bilərsiniz. Ümumi qənaət müsbətdir bu device haqda. Amma ən yüksək performansı gözləməyin təbii ki, qiymətindən də gördüyünüz kimi orta sinif smartfondiur. Prosessoru telefonlar üçün hələ ki ənənəvi olmayan Intel prosessorudur(kompüter dünyasında İntel şəriksiz lider olsa da smartfon düynasında hələ ki çox az populyardır, mütləq liderlik Qualcom Snapdragon prosessorlarındadır), amma Intel zəif prosessor buraxmaz, deməli bu barədə inanmaq olar. Tək zəif parametri qalır, o da ekran piksel sıxlığıdır, smartfonda olan 245 ppi indiki dövr üçün aşağı göstəricidir, nəzərə almaq lazımdır ki, 300 ppi-dən aşağı göstərici olanda ekrana baxanda ekrandakı pixellər dama dama piksel-piksel görünür. 300-dən yuxarıda isə artıq adi insan gözü ilə damaları görmək olmur, real aləm kimi görünür ekran bir növ.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Məsləhət, təyyarə maketi

Poçtnan Pul Və Mesajnan Kontur Götürsəm Şər Atarlarmı üstümə

Xaricdən online smart saat sifarişi

ebaydan malım

Məsləhət- obyekt üçün

Noutbook almaq