e-poçtun sintaksisini yoxlamaq/istifadəçi adını çıxarmaq

salam. əslində bir sual vermək istəyirdim. lakin bura yazma ərəfəsində iş belə gətirdi ki, kodu təkmilləşdirə bildim və problem aradan qalxdı; söz yox, bütün kodlar utilizə oluna, daha estetik və daha yaxşı variantda yazıla bilər. problem, funksiyaya daxil olunan e-poçt arqumentindən ("@" işarəsindən əvvəlki hissəni - şərti olaraq) istifadəçi adını çıxarmaq idi. ilkin variantlar problemsiz işləsə də, "@"-dan əvvəl "." (nöqtə) gələndə e-poçtu keçərsiz sayırdı. sonuncu variantda bu problem həll olundu. kodu təqdim eləyirəm [code] import lepl.apps.rfc3696 as leplEmailChecker emailChecker = leplEmailChecker.Email() def usernameParser(email): username = [] if emailChecker(email): for symbol in email: if symbol !="@": username.append(symbol) else: break print "".join(username) else: print "not valid email" [/code] p.s. qeyd eləmək lazımdı ki, emailChecker funksiyası daxil olunan emailin (potensial) sintaksisini yoxlayır. xxxx@xxx.x tipli arqmentlər də keçərli e-mail adresi kimi sayılır. bunun üzərində baş yormağa, fikirlərinizi dinləməyə dəyər -))

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

alismayilov (2014-12-29 15:21:17)
Bu formada da yaza bilərsiz [code] from email.utils import parseaddr def usernameParser(email): return parseaddr(email)[1].split("@")[0] #Test function below print(usernameParser("test@example.com")) #Output: test [/code]

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Python: Niyə Mənim Siyahı Anlamağım Gözlənilən Nəticəni Vermir?

Proqramlaşdırma dilləri

python-da bitwise operator

Python3 kodumda olan səhv

Python üçün kitaba ehtiyacım var.

proqramlaşdırma üçün vəsaitlər