Valyuta məzənnəsi $ haqqında

Salam, shopping saytında göstərilən məhsulun qiyməti dollar ilə göstərilib və mən bu məbləği manata çevirmək istəyirəm bilim ki, bizim pul ilə bu nə qədərdir.Almaq istədiyim məhsulun qiyməti $83,59 göstərilib.Saytda valyuta məzənnəsində 1 dollar üçün SATIŞ 0,7885 AZN, 1 dollar üçün ALIŞ isə 0,7830 AZN göstərilib. Sualım budur ki, mən saytdan almaq istədiyim məhsulun qiymətini manata çevirmək üçün məhsulun qiymətini 1 dolların satış qiymətinə vurmalıyam yoxsa alış qiymətinə? yəni ki, saytdakı məhsulu alanda istifadə etdiyim plastik kartdan manat ilə neçə manatın xərcləndiyini bilmək üçün aşağıda göstərdiyim birincidəki kimi etməliyəm yoxsa ikincidəki kimi? 1)83,59 x 0,7885 2)83,59 x 0,7830

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

Galaxy (2014-09-07 08:34:43)
Çox sağ olun.

E. Hacı (2014-09-06 09:42:32)
Təbii ki 1-ci. Sizdə dollar varsa dollar hesabınıza yatırın və nəticədə heç bir kurs hesablaması yapmayın. Yox əgər sizdə manatdırsa və bank hesabınızdan dollar ilə ödəmə edəcəksizsə, o halda əməliyyat zamanı bank o dolları sizə satır. Və siz ödəyirsiz saytda pulu. Deməli hesabınız olan bankın satış kursu ilə hesablayın