Paypalda pulun bir hissəsinin geri qaytarılması

Hər kəsə salamlar.Bilənlərdən çox xahiş edirəm ki,bildiklərini bölüşsünlər.Ebaydan telefon almışam.Qiyməti 333 dollar idi,göndərilmə haqqı ilə birlikdə . vvifi-si bir zəif işləyir. Normalda başqa telefon 7-8 vvifi şəbəkəsini göstərəndə aldığım telefon ən güclü 2-3 şəbəkəni göstərir . Satıcıya bildirdim və 80 dollarımı geri istədim.O da razıdır pulu ödəməyə.Mən bilən paypal Azərbaycan hesabına pul köçürməsi etmir. Bilmək istəyirəm ki,o 80 dolları mənim hesabıma geri qaytara biləcək?

Verilmiş cavablar və yazılan şərhlər (7 cavab var)

Rocstar (2014-12-06 23:08:18)
Salam men Dealextreme-den 99 $ bir sifaris verdim lakin sifarisim gelmedi ve mende saticidan pulumu geri istedim o da mene dedi ki pulu geri verecem men odenisi paypal-la odedim sonra paypala girdim baxdim refund completed yazilib qabaginda ise .... nokteler qoyulub sonra mebleg 99 $ bu ne demekdir xahis edirem bilen varsa mene melumat versin ?

Santorini (2014-09-10 18:13:14)
Hamıya təşəkkür.Pulu qaytardılar.

Santorini (2014-09-10 12:11:28)
Təşəkkür.Çox sağ ol

Santorini (2014-09-10 12:09:46)
Cavablarınıza görə çox sağ olun.(Ümumi məbləğ-80) dollar deyəndə yəni,o pulu mənə tam şəkildə göndərdikdən sonra mən də yenidən ona göndərim? Tam bir şəkildə geri ödəmə etməyi mən ondan necə tələb edə bilərəm? Mesaj yazmağım kifayətdir yoxsa, sayt vasitəsilə tələb etməliyəm?

lemark (2014-09-10 12:04:37)
Paypalda pulun bir hisesini refund etmek olur. Deqiq bilirem. Deyin 80 dollar refund etsin, send etmesin. vsyo.

E. Hacı (2014-09-10 10:20:31)
Ona deyin ki tam refund etsin, siz də sonra ona (Ümumi məbləğ-80)$ şəkildə paypalla ayrıca pul göndərin. Vəssalam halallıq alınsın. Başqa yol mümkün deyil, o sizə 80$ göndərə bilməz, yalnız əməliyyatı ləğv edib tam refund edə bilər.

Cabbarov Sübhan (2014-09-10 00:40:05)
PayPal pulu Azərbaycana qaytarır. Həmin aldığınız malı Refund edin və məbləği daxil edin təsdiqləyin. Satıcı qəbul etdikdən sonra 2-3 gün ərzində pul karta qayıdacaq