WordPress update olunmur və plugin upload etdiyim halda: “Failed to write file to disk” xəta mesajı

Salam 1. Wordpress-in yeni 4.0 versiyasına update etmək istəyirəm aşağıdakı screen etdiyim mesajla qarşılaşıram: 2. Admin panelden kompüterimə download etdiyim plugin upload etmək istəyirəm faylı seçirəm upload edəndən sonra "Failed to write file to disk." xəta mesajı çıxır. Admin paneldən Install Plugins bölməsindən online olaraq plugini search edib tapıb install edirəmsə də aşağıdakı xəta mesajı çıxır: FTP-dən vasitəsi ilə də /wp-content/plugins qovluğuna download etdiyim file upload edirəm upload olunub bitəndən sonra baxıram ki yoxdur o qovluqda. Öncədən təşəkkürlər

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

E. Hacı (2014-09-12 18:53:12)
Bəli bəli, məhz disk dolu olanda da ola bilər bu

davinci (2014-09-12 16:27:07)
Cavab üçün təşəkkür. Cpaneldən baxdım disk də tam dolu idi. Çox güman ki problem də elə əsasən ona görə imiş. Olmasa siz deyən ardıcıllığı etməyə çalışacam.

E. Hacı (2014-09-12 15:06:16)
Salam. Bunun səbəbi file permissions-dur. Ya control paneldən girib bütün papkaları 755, faylları 644 edirsiz, ya da ki bütün bunları əllə edirsiz. Yəni wp-nin yeni versiyasını yükləyib sonra wp-admin və wp-includes papkalarını silib yeni paketdəki ilə əvəz edirsiz vəssalam. Plugini də eləcə, control panel ilə ya nə iləsə plugins qovluğuna bu yeni plugin qovluğunu atırsız vəssalam. FTP ilə dediyiniz problemə gəldikdə isə çox maraqlıdır, bu da permission və ya owner məsələsinə görədir yəqin ki. Hostinqi hardan aımısızsa müraciət edin kömək etsinlər. File sisteminizdə ya chown ya da permission problemi var