speedtest.net internetin sürəti haqqında

Salam, məndə internetin sürəti aylıq Tariff 4096kbps yəni ki 4Mb və speedtest.net saytı vasitəsilə internetin sürətini yoxladım və şəkildəki kimi oldu nəticə.Bilmək istəyirəm ki internetin sürəti şəkildə DOWNLOAD olan yerdə 4Mb/s göstərməlidir əslində? yoxsa elə şəkildəki kimi ola bilər ancaq?

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

Mehman Elxanoglu (2014-09-15 10:16:38)
Adətən bu cür provayderlər trafik verərkən 4 Mbps / 1 Mbps sürət verirlər. Bunu provayderinizə zəng edib, dəqiqləşdirə bilərsiniz, çünki, Sizdə nə download, nə də upload sürəti qeyd etdiyinizi əks etdirmir, loru dildə desək, provayder Sizi "tərəzidə aldadır".