WordPress yeni temaya keçiddə thumbnail

Salam, Bildiyiniz kimi wordpressdə hər posta yüklənən şəkil temaya uyğun olaraq bir neçə ölçüdə yüklənir. Bununla bağlı sualların aşağıdakı kimidir. 1. Yeni temaya keçdiyim zaman köhnə temada yüklənən şəkillərin lazım olmayan (hamısını deyil) ölçüləri silmək üçün nə edə bilərəm. Hansısa proqram var mı ona şərt verəsən ki deyək sonu "image-150x150.jpg" olan şəkilləri silsin. Hostinqdə yer problemim yoxdur. Amma İstəyirəm təmizlik olsun. Çünki Yeni temanın da öz ölçüləri var. Eyni şəkildən 9-10 dənə olması lazımsızdır. 2. Yeni temanın ehtiyac duyduğu deyək ki 5 ölçü var. Mən hansı pluginlə şəkilləri həmin 5 ölçüyə gətirə bilərəm ki vizual olaraq yaxşı görünsün?

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

E. Hacı (2014-09-19 12:06:02)
Elə verdiyim mənbədəki kodları functions.php-yə əlavə etməyi.

NatiqMemmedov (2014-09-19 12:05:03)
Təşəkkür edirəm. Faylların backupnı alıb yoxlayaram. İkinci sualla bağlı nə məsləhət görə bilərsiniz?

E. Hacı (2014-09-19 11:52:11)
1. Yəqin ki manual metodla silmək lazımdır. Ya bir-bir ya da sadə bir php kodu yazaraq. Məsələn bu kodu çalışdıraraq.(ehtiyatlı olmaq lazım, parametrlər düzgünlüyü və php bilik tələb edilir.) [code] ';} if(is_dir($dir.'/'.$ff)) fayllarsiyahisi($dir.'/'.$ff,$needed); } } } fayllarsiyahisi('/home/sizin_user/public_html/wp-content/uploads','150x150'); ?> [/code] 2. Yeni ölçülər üçün add_image_size funksiyasından istifadə edin theme-in functions.php kodunda. Və ya hazır pluginlər də tapmaq olar. Amma belə xırda şey üçün plugin axtarmaq düzgün deyil. Mənbə1, Mənbə2