Twitter ismarıc (Direct messages) və Pinned Tweet haqqında

Salam, Twitter-də aşağıdakı şəkildə göstərdiyim Verified hesabı follow etmişəm amma mən o hesab tərəfindən follow edilməsəmdə şəkildə də göründüyü kimi həmin hesaba mesaj yazmağım mümkündür.Bu necə belə ola bilər? yəni ki bunu tənzimləmələrdən düzəltmək lazımdır ki belə olsun? əgər tənzimləmələrdən bunu etmək mümkündürsə bunun üçün hara baxmaq lazımdır? Bunu adi istifadəçilər də edə bilər belə olmağı üçün? yəni ki kimsə tutaq ki məni follow etsə mən onu follow etməsəmdə mənə mesaj yazmağı mümkün olsun. Aşağıdakı şəkildəki hesabda Verified hesabdır amma bu hesaba mesaj yazmaq mümkün deyil şəkildə göründüyü kimi. Digər sualım twitter Verified hesablarda və adi hesablarda həmin hesabdan paylaşılan tweet-lərin siyahısında ən yuxarıda işarəli Pinned Tweet kimi qeyd olunur hər-hansı bir paylaşılan tweet.Bunu necə edirlər ki belə olur? yəni necə etmək lazımdır ki hər-hansı bir tweet sonuncu paylaşılan tweet kimi yuxarıda görünsün, aşağıdakı şəkildəki kimi.

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

Galaxy (2014-09-22 15:24:17)
Təşəkkürlər

E. Hacı (2014-09-22 15:02:43)
O düz 1 il öncə çıxmışdı, 2 ay sonra da bağlandı. Yəqin ki o müddətdə edənlərdə aktiv qalıb və yaxud da indi ancaq verified-lara icazə verir onu etməyə və.s. Amma əsas fakt odur ki artıq bu funksiyanı yığışdırıblar

Galaxy (2014-09-22 13:58:58)
E. Hacı, üstdəki birinci şəkilə baxın "Tweet to" sözünün yaninda "Message" də var yəni ki o hesab məni follow etməsə də mən o hesaba ismarıc yaza bilərəm.Mən sualda bunu soruşmuşam ki bunu necə etmək lazımdır ki, belə olsun? yəni bunu tənzimləmələrdən düzəltmək olur belə olmağı üçün? Zəhmət olmasa cavab yazın.

E. Hacı (2014-09-21 23:16:49)
1. Şəkildə tvit to filankəs yazılıb - yəni ki @mention etmək. DM demək deyil o. Hamı bir birini mention edə bilir. 2. İstənilən tvitinizin altında 3 nöqtə var ona klik edib pinned seçin vəssalam

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

İnstagramda profil bağlamaq

Twitter barədə geniş məlumat

WhatsApp blok haqqında

Twitter uygulaması açılmır

Twitter profilimdə məlumat

Səsli mesaj qutusu şifrəsi haqqında