iş tapmaq

Salam çox xahiş edirəm bu sualı silməyin. Atam əməliyyat olunub. Çox tecilit işə ehdiyacım var. Sizdən çox xahiş edirəm mənə kömək edəsiz. Orta tehsilliyem Universtetə hazırlaşıram gece smeni is hardan tapa bilərəm? Elan saytlarında tapa bilmirəm həm Telefonan olduğum üçün çox çətindi. Mənə kömək edərsiz :( hansısa magaza anbarında fəhlə veya firmalarda malları maşına yükləmək üçün fəhlə, və s. Və ya komputerlə gecə smeni iş Olmasa səhər smebideolar . Adminlərdən çox xahiş edirəm bu sualı silmesinler. Cox pis vəziyyətdəyəm Təşəkkürlər

Verilmiş cavablar və yazılan şərhlər (17 cavab var)

Gozelli Elchin (2017-04-27 20:22:12)
Salam ora nece gede bilerem 57masurutun sonuncu dayanacagina gedim?

hackery (2015-03-05 14:41:47)
Ve Aleykum Salam.Qardas teessuf o restoran Alchicken baglandi

Namazov Ismayil (2015-03-04 18:14:28)
salam zehmet olmasa Ramin müəllimin nömrəsin varsa verə bilərsiz? yada irda işləyən birisinin nömrəsin verin mən ondan istəyərəm.

Namazov Ismayil (2014-09-26 00:59:46)
Cxo sagolun Allah razı olsun

Sabir_Azeri (2014-09-25 23:46:38)
Razinin gireceyidi. Taniyacaq sürücüler. Herbi hisseni keçdikden sonradı, Kia servisden evveldedi.Narahat olma tapacaqsan yolun qırağındadı,marşurtdan göreceksen. Uğurlar

Namazov Ismayil (2014-09-25 22:07:33)
Azərbaycan:çox sağol qaqa Allah razı olsun. Sabir qaqa 6o nömrənin sürücüsünə desəm şirin firmanı tanıyar? Birde bu Şirin firma hara yaxındır? Razin tərəf deyilki?

Azerbaycan (2014-09-25 21:23:36)
Salam Allah komek olsun size

Sabir_Azeri (2014-09-25 20:39:17)
Qardaş CV göndermeyine ehtiyac yoxdu, pasportunu götürüb firmanın özüne get

Namazov Ismayil (2014-09-25 19:56:25)
Hamınız çox sağolun. Sabir qaqas sen dediyin firmanın saytı budur shirin.az ? Budusa yazdım vakansiyaya inşallah qəbul edərlər. Men Sumqayıt şəhərində qaliram size bir iki sual verəcem. 1. Metro saat neçəyə kimi işləyir? 2. Bakı Sumqayıt marşrutu (502 nömrə) saat neçəyə kimi işləyir? Əvvəlcədən təşəkkürlər.

Namazov Ismayil (2014-09-25 16:12:07)
Coxr sagolun bilmirsiz gece smeni isi var?

E. Hacı (2014-09-25 15:47:01)
Alchicken də torqovıdadır Nizami küçəsi, 79. Şaurmanın yanı

Sabir_Azeri (2014-09-25 15:43:51)
Əzizbəyov metrosundan 60 nömrəli marşurta minib gedə bilərsən, 5-6 dəqiqəlik yoldu.

Namazov Ismayil (2014-09-25 15:41:37)
Çox sağ olun. Akchicken və şirin firmasının tam adresini vere bilərsiz?

Sabir_Azeri (2014-09-25 12:39:50)
Get "Şirin" firmasına, Bakıxanovdadı. Fehleye 330 manat maaş verirler.İş 8 saatdı,növbelidi. Gündüz saat 3-den axşam saat 11-e kimi. Fehleye tecili ehtiyacları var.

hackery (2014-09-25 11:41:24)
Alchicken deye restoran var.orda men islemisem.get ora.Raminle danis.veziyyetini basa sal.Dindar adamdir.seni basa dusecek yer olmasada teskil eder.saat gece 11de baslayib seher 8de qurtarir.400azn maaw.Isin gece restorani temizlemek olaacaq.tekce sen olmayacaqsan senden bawqa 10 nefer var.

Namazov Ismayil (2014-09-25 01:22:08)
Boss-da hamısı ali təhsil istəyir

Miri92 (2014-09-24 23:03:20)
iş elanları üçün boss.az saytına baxın.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Sumqayıtda vakansiya

İş elanı – vakansiya saytları …