Skrill.com-un ödəmədə tutduğu pul

Salam. SKRİLL -dən məlumatlı olanlardan soruşmaq istəyərdim biləm ki, məsələn skrill hesabımdan pulları tam olaraq 1000dollar olaraq bir oyun saytına göndərmə etmək istəsəm skrill məndən nə qədər haqq tutacağ? Yəni 1000dolların oyun saytına tam getməsi üçün hesabımda 1000dollardan elavə nə qədər pul olmalıdır ki, skrillin şərtlərini ödəsin?

Verilmiş cavablar və yazılan şərhlər (9 cavab var)

AZN (2014-09-25 21:07:27)
çox sağolun məlumatlandırdığınız üçün, hər birinizə ayrı-ayrı təşəkkür edirəm.

E. Hacı (2014-09-25 11:06:40)
Yuxarıda link vermişəm, lütfən orada baxın aydın yazılıb faizlər. lemark da qeyd etdiyi kimi əgər o sayta ödənişi skrill send ilə yox, o saytın özündən etsəniz(onların skrill üzərindən olan merchant payment accountuna), o halda faizi onlardan tutacaq, sizsə düz 1000 ödəyəcəksiz. Əgər skrill ilə özünüz göndərəcəksizsə o halda linkdə bütün faizlər yazılıb.

lemark (2014-09-24 22:55:35)
amma nezere alin ki, oyundan skrille yonlenende kredit karti ile odenish secin. yeni kartdan skrill hesabina, ordan da oyuna yuklemeyin. birbasha kart secin. yoxsa komissiya tutulur sonradan

lemark (2014-09-24 22:43:56)
minimum 2.25 dollar idi sehv elemiremse +1.5% nese bele bir shey

AZN (2014-09-24 20:05:18)
Çox sağolun skrilldәn oyun saytına ödәmә haqqlları haqda mәlumatım oldu yaxşı bәs Skrill hesabdan pul çıxaranda nә qәdәr haqq tuturki? yәni skrilldәn visa kartıma pul çeksәm, vә ya әksinә visadan skrillә pul yüklәsәm haqqı nә qәdәrdir?

lemark (2014-09-24 19:53:32)
Eger hemin pulu hemin oyunu uzerinden yonlenme ile yuklesez hec bir komissiya tutulmur. 1000 dollardisa 1000 dollar da yuklenecek. skrillden pulu cixardanda komissiya tutulur

E. Hacı (2014-09-24 17:00:46)
Aha bəli qalır. Daha dəqiqləşdirmək üçün Skrill əlaqə bölməsindən soruşmaq da olar. Amma belə https://www.skrill.com/en/personal/fees/aze/#countrySelect buradan özünüz də baxa bilərsiniz.

AZN (2014-09-24 16:41:32)
Bu haqq məsəlçün 10000 dollar göndərmə etsəmdə elə 10euro olaraq qalır?

E. Hacı (2014-09-24 16:23:43)
Skrill-də pul göndərişində tutulan haqq 1%, maksimum 10 euro-dur. Deməli sizin 1000 dollardan əlavə 10$nız da olmalıdır hesabda

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

TBC bank Gurcustan

Payoneer pul nəğdləşdirmək

Webmoney kontur

Ebayda şikayət

Hesabda nə qədər pul var?

Aliexpressde pulumu paypal yoluyla əldə edə bilərəm?