Maaş kartını Paypal-də qeydiyyatdan keçirmək nə dərəcədə təhlükəli ola bilər?

Maaş kartını Paypal-də qeydiyyatdan keçirmək nə dərəcədə təhlükəli ola bilər? Yəni, alış-veriş üçün başqa plastik kart sifariş vermək daha məsləhətlidir, yoxsa elə maaş kartını qeydiyyatdan keçirmək tam təhlükəsizdir? Cavablara görə əvvəlcədən təşəkkür edirəm.

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

majestic77 (2014-09-30 18:16:11)
Tesekkur edirem

E. Hacı (2014-09-30 13:32:39)
Bank Respublika-da pulsuzdur, amma ilk gündə 100$ pul qoymaq şərti var hesaba. Sonra o pulu çıxara bilərsiz istədiyiniz vaxt.

majestic77 (2014-09-30 12:24:33)
Men de ele dusunurem. Amma, evvel unibankdan pulsuz visa kart almışdım. İndi ise pulsuz olmur. Başqa hansı bankdan ala bilerem pulsuz?

E. Hacı (2014-09-30 09:57:14)
Paypal özü təhlükəsiz sistemdir, amma yenə də, yaxşı olar ki bunun üçün hər hansı bankdan pulsuz visa kart əldə edəsiniz və nə qədər pul lazımdır o qədər pul ola daim orda. Çünki paypal və sizin aranızda sizin kompüteriniz də var, hansı ki keylogger, virus və ya nəyəsə yoluxma ehtimalı daim var. Düzdür diqqətli olan üçün bu ehtimal çox cüzidir. Amma yenə də. Ona görə də yaxşı olar ki ayrı kart ola.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

PayPal 4 rəqəmli kodun gəlmə müddəti və kodsuz ödəniş haqqında

Ebay haqqında sual

Ebay yoxsa Alibaba

eBay Purchase History

Paypal mail itirmişəm

eBay-da mal gəlmədi