Twitter SMS haqqında

Salam, mən öz telefon nömrəmdə Twitter SMS xidmətini aktiv etmişəm və kimlər paylaşdığım tweet-ləri Retweet etsə, Favourite etsə, Reply yazsa, Mention tweet yazsa telefonumun inboksuna SMS ilə gəlir bunlar, bundan başqa kim məni follow etsə və Direct message yazanda yazılan ismarıclar telefonuma SMS ilə gəlir və SMS vasitəsilə tweet paylaşmaq olur.Sualım belədir ki, Twitter SMS xidməti vasitəsilə kiməsə necə Direct message yaza bilərəm SMS vasitəsilə? və hər-hansı bir tweet-ə necə şərh yaza bilərəm SMS vasitəsilə? Hər-hansı bir tweet-i necə Retweet və Favourite etmək olar SMS vasitəsilə? Burada bunlar haqqında yazılıb deyəsən amma ingilis dilini bilmədiyimə görə anlamadım.Bilənlər yazsın zəhmət olmasa. Digər sualım, TweetDeck nədir və necə istifagə olunur?

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

E. Hacı (2014-10-01 18:39:54)
Bütün komandalar Twitterin özündə var https://support.twitter.com/articles/14020-twitter-sms-commands

Galaxy (2014-10-01 16:45:25)
Sonuncu yazdığınız cümləni təkrar yazmağınıza ehtiyac yox idi, birinci dəfə görmüşdüm.Sadəcə olaraq mən təkcə Direct Message necə yazılmalıdı bunu soruşmamışdım amma ok.

Galaxy (2014-10-01 16:43:21)
Oldu

E. Hacı (2014-10-01 16:37:06)
İnternetə girmək niyə mümkün olmasın ki? GSM dalğası olan yerdə internet var, hətta dağın başında olanda, dalğa zorla tutanda, 3g, EDGE olmayanda GPRS internet ilə girmişəm mən internetə. Ona görə də faydasız olduğunu yazmışam. Dalğa varsa = internet var. Hər ikisi varsa internet 100 dəfə ucuz. SMS qəbul etmək yaxşıdır, anında xəbər tutmaq və.s. üçün, amma göndərmək faydasızdır, hansı ki məhz göndərmək haqda yazdım. İnternet qadağan olan ölkələrdə çox lazım olur bu bircə (Misir, Livan, Suriya və.s.-də olmuşdu bu hallar) Təkrar yazıram, direct message göndərmək belədir: D filankes salam bu shexsi mesajdır.

Galaxy (2014-10-01 16:28:40)
Sizin faydasız və əhəmiyyətsiz hesab etdiyiniz şey internetə girmək mümkün olmayanda faydalı və əhəmiyyətli olur, soruşduqlarımı öyrənmək qəbahət deyil və öyrənə də bilmədim onsuzda.İnternetdən istifadə etmək mümkün olanda hər-halda ağılsız deyiləm əlbəttə ki internet vasitəsilə twitter-dən istifadə edirəm.

E. Hacı (2014-10-01 10:25:58)
Salam, çox maraqlıdır, nəyinizə lazımdır belə faydasız və əhəmiyyətsiz şey? sms ilə göndərmək internet ilə göndərməkdən 100 dəfəyə yaxın baha başa gəlir. Bİr sms 3 qəpikdir mən bilən ən ucuz operatorda. Pulsuz smslər isə keçmir beynəlxalq sms-lərdə. internetlə göndərəndə isə bir tvitə heç 100-də bir qəpik də düşmür. Tvitter sms-ə bunu interneti tam blok olan müharibə durumunda olan ölkələr filan üçün qoşub. Suallara gəldikdə. Direct Message yazılışı: d username salam bu shexsi mesajdır. (@ işarəsi olmadan) Tweetdeck - tvitterdən istifadə etmək üçün olan bir proqramdır. Çoxsaylı hesabları qoşmaq olur bir proqram içinə.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Php mesaj

Facebook-da bildirişlər vaxtında açılmır

Samsung J5 Primeda mesajlarla baölı xəbərdarlığın bərpası

Haradan follow edildiyimi bilmək

WhatsApp blok haqqında

Twitterdə İD-mi tapmaq