PayPal və pul köçürmələrinin alınması

Salamlar, Saytınızda PayPal-a aid sual-cavablardan aydın olur ki, PayPal Azərbaycan banklarına bağlı olan PayPal hesabları ünün pul köçürmələrini dəstəkləmir və hal-hazırda Azərbaycan vətəndaşı üçün öz hesabına (xaricdə yaşayan dost-tanışın yox) pul köçürülmələrin alınması yeganə üsulu PayPal ödəniş sistemi dəstəkliyən xarici ölkədə bank hesabı açmaq və yeni PayPal hesabı açaraq, ölkə seçimində Azərbaycanı yox, xarici ölkəni seçməkdən ibarətdir. Lakin pul köpürmələri almaq üçün PayPalın biznes hesabı (PayPal for business ) açmaq lazımdır. Bu seçimi etdikdə isə, qeydiyyat üçün biznesin ünvanın və biznes sahibinin vətəndaşlığının qeyd olunması tələb olunur. Bununla bağlı suallarım: PayPal ödəniş sistemi dəstəkliyən xarici ölkədə bank hesabı olmasına baxmayaraq 1. Biznes ünvanı Azərbaycanda olmasını qeyd etmək olar mı? 2. Vətəndaşlığa aid qeydiyyat bəndində Azərbaycan vətəndaşlığını qeyd etmək olar mı? 3. Əgər birinci və ikinci suallara cavab “Xeyr”-dirsə, ünvanı və vətəndaşlığı bank hesabına aid olan xarıci ölkəni göstərmək olar mı? 4. Əgər üçüncü suala cavab “Bəli”-dirsə, PayPalın qeydiyyat qaydaların belə bir pozulmasının açılmaq ehtimalı var mı? Cavablar üçün qabaqcadan təşəkkür edirəm, Hörmətlə, Murad Sultanov

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

drmurad (2014-10-02 11:07:19)
Ətraflı və peşəkar cavabınıza görə təşəkkür edirəm. Hörmətlə, Murad Sultanov

E. Hacı (2014-10-02 06:59:36)
1. Xeyr 2. Yəqin ki he. Vətəndaşlıq problem deyil. 3. Yalançı ünvan keçmir. Çünki o ünvana məktub da göndərə bilər təsdiq kodu filan, o ünvana aid hansısa kommunal ödəniş çekini də istəyə bilər sizdən (real şeydir, məsəlçün demirəm), başqa ölkədən məsələn Azərbaycandan hesaba girdikdə IP ünvana görə hack edilib şübhəsi ilə blok da edər və s. 4. Əgər nəsə qaydasında deyilsə mütləq üzə çıxaracaq uzun uzun yoxlamalari ilə. Türkiyədə yaşayan tanış vardı açmışdı biznes hesab. Azərbaycana gələndə belə gire bilmirdi Paypal hesabına, bir dəfə girən kimi blok etmişdilər, əziyyətlə unblock etdirdi. Məcburən remote bağlantı ilə filan girirdi Türkiyədə açıq qoyduğu kompüterine baglanaraq. Amma sonra o da keçmədi, başqa yoxlamalarla bildilər ki artıq Türkiyədə yaşamır.

Dual_Encore (2014-10-02 02:44:44)
birde mence pul kocurme sistemlerinin monooliyasi heleki imkan vermiyecek bu prosese tam kecid olsun

Dual_Encore (2014-10-02 02:43:56)
bu problemi yasayanlardan biri olaraq deyirem ki, meslehetdiki ele xarici olkede paypali desteleyen hesab acdir. basqa yolu yoxdu

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Paypalda ünvan tam dəqiq olmalıdır?

paypala pul köçürmək

Paypal hesabına köçürülən pulu çıxarma

paypal refund etdirmək

Plastik kartdan pul çıxartdım

Paypal hesabda problem