Salam.
VÖEN açıldıqdan sonra məni Rayon Sosial Müdafə Fonduna çağırdılar. Dedilər pin kod almalısan. Bilmək istəyirəm ki, bu vacibdir? Dedilər ki, bizə ayrı hesabat verməlisən, Vergilər Nazirliyinə ayrı. Vergini hara ödəməliyəm? Nərimanovdakı Vergilər Nazirliyinə? Yoxsa Sosial Müdafiə Fonduna? Yoxsa Bank Hesabına? Pin kod nə üçündür?
Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)
0
Salam. Vergini 3 ayda bir vergilər nazirliyinə ödəməlisiz, rayondursa gəlirin 2 faizi(Bakıdirsa 4%i). Ayrıca hər ay sosial müdafiə fonduna da müvafiq məbləğdə pul kocurmelisiz. Fiziki və hüquqi şəxslərdə bu proseslər və məbləğlər fərqlidir. Yaxsi olar ki ya qanunvericiliyi özünüz oxumaqla, ya da hüquqşünas ilə əlaqə saxlayaraq bu məsələləri tam öyrənesiz.
1
Ödəmə üçün heç yerə getmək lazım deyil, hər şeyi e-taxes.gov.az saytından onlayn etmək olar. Belə onlayn istəmədikdə isə hesabatı gedib sizə ən yaxın vergi məntəqəsinə verirsiz, pulunu isə sonrakı günlərdə banka köçürürsüz.
Sosial müdafiə də elə, banklarda bilirlər o hesabı, yaxınlaşıb VÖENi deyib pulu köçürürsüz. Məbləği filan isə yerli sosial müdafiə idarəsi ilə dəqiqləşdirin. 13 azn olmalıdır aylıq, fiziki şəxs üçün
0
VOEN online acdirmaq mumkundurse nece aca bilerem?
0
e-taxes.gov.az
Sual verin
Cavab verin