VÖEN və DSMF. əlaqəsi var?

Salam. VÖEN açıldıqdan sonra məni Rayon Sosial Müdafə Fonduna çağırdılar. Dedilər pin kod almalısan. Bilmək istəyirəm ki, bu vacibdir? Dedilər ki, bizə ayrı hesabat verməlisən, Vergilər Nazirliyinə ayrı. Vergini hara ödəməliyəm? Nərimanovdakı Vergilər Nazirliyinə? Yoxsa Sosial Müdafiə Fonduna? Yoxsa Bank Hesabına? Pin kod nə üçündür?

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

E. Hacı (2014-10-08 17:08:49)
e-taxes.gov.az

KGulnarK (2014-10-08 16:56:02)
VOEN online acdirmaq mumkundurse nece aca bilerem?

E. Hacı (2014-10-08 15:36:23)
Ödəmə üçün heç yerə getmək lazım deyil, hər şeyi e-taxes.gov.az saytından onlayn etmək olar. Belə onlayn istəmədikdə isə hesabatı gedib sizə ən yaxın vergi məntəqəsinə verirsiz, pulunu isə sonrakı günlərdə banka köçürürsüz. Sosial müdafiə də elə, banklarda bilirlər o hesabı, yaxınlaşıb VÖENi deyib pulu köçürürsüz. Məbləği filan isə yerli sosial müdafiə idarəsi ilə dəqiqləşdirin. 13 azn olmalıdır aylıq, fiziki şəxs üçün

E. Hacı (2014-10-08 15:28:16)
Salam. Vergini 3 ayda bir vergilər nazirliyinə ödəməlisiz, rayondursa gəlirin 2 faizi(Bakıdirsa 4%i). Ayrıca hər ay sosial müdafiə fonduna da müvafiq məbləğdə pul kocurmelisiz. Fiziki və hüquqi şəxslərdə bu proseslər və məbləğlər fərqlidir. Yaxsi olar ki ya qanunvericiliyi özünüz oxumaqla, ya da hüquqşünas ilə əlaqə saxlayaraq bu məsələləri tam öyrənesiz.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Hesab təsdiqi – payoneer

polisə şikayət – uzaqlaşdırma

Hərbidən Təxris olma

Ebaydan malın tez gəlməsi üçün nəsə etmək mümkündür?

25 gündür telefondan bir xəbər yoxdu

Mənə sifarişim gəlməyib.