Metro Kartı

Salam. Bu düzdür ki, metro kartını hər hansı telefonun yanına qoyanda kartda gediş haqqı qurtarır ? Telefonun konturu da qurtarır ? Televizorun yanına da kartı qoyanda gediş haqqı qutarır ? Çox sağolun

Verilmiş cavablar və yazılan şərhlər (14 cavab var)

selef (2014-10-13 12:56:20)
Birdəfə məndə kart olmadan metrodan keçmişəm oda təsadufu.

E. Hacı (2014-10-12 00:41:08)
Smartfon NFC detect edib səs çıxarır tutalım, bu NFC yaddaşına necə təsir edə bilər axı? Smartfonunda NFC tasker filan da yoxdur ki deyəm nəsə müdaxilə edib yaddaşı zədələnib və.s.

E. Hacı (2014-10-12 00:39:41)
Xüsusi maraqlı NFC proqramları var, NFC tasker filan adda, onlarla NFC-ə təyinat vermək olur qəşəng. Ki metro kartını yaxınlaşdıranda nəsə olsun. Eləcə də xaricdən çoxlu ucuz NFC çiplər alıb hərəsini evin bir tərəfinə yapışdırıb müxtəlif maraqlı fantaziyalar reallaşdırmaq olar. Xüsusən evdə smart cihazlar çoxdursa.(TV,kondisioner və.s.)

НеВиДиМыЙ (2014-10-11 23:39:23)
NFC ne demekdir ? Ne olan seydi ?

ahmed (2014-10-11 21:45:40)
Mence malumatlar serverde yox, kartda saxlanılır. Serverde saxlansa hem oxumada gecikme ola biler, hem de serverde xeta olsa bütün metroda problem olar. Amma telefonun ve kartın balansının azalması real ola biler.

Bextiyar Azeroglu (2014-10-11 21:24:51)
telefonda NFC yandırıb metro kartına vuranda "okuma hatası. Yeniden deneyin" gəlir))) birdə tələbə kartında belədir)

НеВиДиМыЙ (2014-10-11 20:00:36)
Gedende keciden kecmek ucun aparata vurmaliydim. Mende basib saxlamisdim yeqin 1 gedise 2 gedis gedib :)

НеВиДиМыЙ (2014-10-11 19:53:59)
Xeyir. Gedende 40 qepik vurdum ki, qayidanda birde vurmuyum. Qayidanda da gordum ki, yox olub 20 qepik. Ne yalan danismiram ne de ki, o qeder yaddasim zeif deyilki tez unudam :)

E. Hacı (2014-10-11 19:40:59)
Vurun baxın görün yox olurmu. :) 40 qəpik harasa gedib gəmisiz ora sərf olub unutmusuz bəlkə də

НеВиДиМыЙ (2014-10-11 18:30:45)
Həqiqətən mənim başıma belə bir hadisə gəldiyi üçün bura bu sual yazdım. Bir gün bir yerə gedəndə 40 qəpik vurmuşdum kartıma. Kartımı da telefonumun yanına qoymuşdum. Elə həmin gündə qayıdanda gördüm keçid açılmadı. Getdim yoxlatdırmağa. Gördüm ki, içində 1 qəpik olsun belə pul yoxdur. Bu hadisə də təzəlikcə olub. Eşitmişdim ki, metro kartı telefonun yanına qoyanda kartda olan pullar yox olur. Amma mən bu kimi şeylərə inanmırdım. Amma başıma belə hadisə gələndən sonra fikirləşirdim ki, 1 manat vursaydım o da bunun kimi yox olardı

Maqa (2014-10-11 13:20:02)
Mən hər gün dərsə gedəndə kartı telefonlar birlikdə cibimdə aparıram evə gələndə də televizorun yanına qoyuram :D

E. Hacı (2014-10-11 12:59:12)
NFC çipdə bir neçə bayt(və ya 1kb, dəqiq yadımda deyil) informasiya saxlamaq olur, bəlkə bizdə də belədir, amma bu işə yaxın biri bir dəfə demişdi ki serverdən oxunur. Əksi də olar bilər, amma hər bir halda bu mahiyyəti dəyişmir, sıfırlamaq filan. Mən öz metro kartıma smartfonumda başqa funksiya qoşmuşdum məsələn. Karta yaxınlaşdıranda səssiz rejimə keçirdi zəng qəbul etmirdi filan. Amma bunun balans ilə bir əlaqəsi olmurdu təbii ki.

Cabbarov Sübhan (2014-10-11 12:53:35)
Elvin bildiyim qədər kart məlumatları elə kart daxilində saxlanılır. Xarici dövlətlərin bir neçəsində belədi. Həm məlumat serverdə saxlansa kar oxuma prosessi azalar, kart oxuyucukara pc qoşmaq lazım gələr və s. P.S: Nexus telefonu ilə hansısa ölkənin metro kartını hack etmişdilər.

E. Hacı (2014-10-11 11:41:54)
Salam. Dəxli yoxdur, hamısı əsassızdır, belə fantaziyalar kimin beyninin məhsuludur çox maraqlıdır. metro kartı nfc çip ilə işləyir, müasit smartfonlar da nfc receiver ilə təchiz edilib. Yəni yanbayan tutanda siqnal verib bir birin tanıyırlar. amma day heç nə baş vermir, bu uydurmadır. Yadınızda saxlayın ki sizin metro gedişləriniz sizin kartınızda yox, metronun serverində saxlanılır. Sizin kartınızda nfc çipdən başqa heç nə yoxdur, nə balans var nə pul nə də bir şey. Karta nəsə etməklə onu azaldıb artırmaq olmaz. kart sadəcə metronun serverində müvafiq nömrəli sətir ilə əlaqə yaradır ki, oradan da bilinir balansda nəsə var ya bitib və.s.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Gömrük, prablemi

Dubaydan gətirilən bir ədəd telefona qiymət limiti varmı?

telefon seçimində kömək

Aliexpress’dın Telefon Gətizdirmək

Telefonun Android versiyasını dəyişdirmək

Proqramı telefondan “MicroSD” karta köçürmək.