Azərbaycanda hansı növ startap keçərli olar ?

Salam. Azərbaycanda hansı tip onlayn layihə yaratmaq potensialı yüksəkdir? Xüsusilə xidmət sektoru maraqlandırır (internet mağazalar, KİV, eyni zamanda böyük investisiya tələb edən, texniki baxımdan çətin layihələr maraqlandırmır).Hansı növ xidmətlərə tələbat ola bilər Bildiyim qədər, bu saytın yaradıcısı xaricidil.net proyektinin də sahibidir. Bilmək istərdim, online biznesə pul ayırmağa dəyərmi və rentabellik hansı səviyyədədir ?

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

E. Hacı (2014-10-17 23:19:25)
Salam. İnternet üzərindən biznes realizasiya imkanları tükənməzdir. Azərbaycanda da bu barədə durum bir neçə il əvvəlkindən dəfələrlə yaxşıdır, qərb ekosistemindən çox geri qalsa da. Belə deyim də, əsas gəlir modeli onlayn ödəmə ilə olmayan istənilən model bizdə effekt verə bilər. Onlayn ödəmə ciddi gəlir mənbəyi deyil hələ ki bizdə. Gəlirli model çoxdur. Bu güclü trafikə sahib olub reklamdan gəlir əldə etmək də ola bilər, hər hansı real xidmətlərin internet üzərindən asanlaşdırılması ola bilər(nəyinsə sifarişi və çatdırılması, hər hansı afişalar, satış elanlar, məkan axtarışı və rekomendasiyası və.s. tipdə modellər və.s.) Hazırda Aznet üzərində ciddi gəlir gətirən layihələr xəbər, elan və afişa saytlarıdır. Və təbii olaraq artıq bu sektorlara girmək çətinləşib, yerdə qalan sektorlara girmək daha maraqlı, macəralı və perspektivlidir

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Amazon,Newegg necə işləyir ?

İnternet maqazin açmaq üçün şərtlər

Onlayn alış-veriş – Dealextreme

Necə etmək olar ki BestBuy və Newegg kimi saytlar Kartı qəbul etsin?

Debet kart barədə sual

internetdən pul qazanmaq