Apple İpad air 2 vs google nexus 9

Notebook biraz ağır və iri həcmli olduöu üçün yeni bir tablet almaq istiyirəm. çoxlu saytlara baxdım fərqləri üçün amma onlar elə ciddi nəzərə çarpan şeyləri qeyd etmiyiblər məncə. Mənə alsam işimin çox hissəsi sənədlərlə işləmək, internetdə surfing, birdəki kinolara baxmaq olacaq . bunun üçün bu ikisindən hansını məslhət görərdiz, ən çox hansı xüsusiyyətinə görə ?

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

Dual_Encore (2014-10-19 01:31:02)
mencede cavaba gore tesekkurler

E. Hacı (2014-10-19 00:00:05)
Son Note-larda elə şey yoxdur. Düzdür istənilən halda Nexus Samsung-dan sürətli işləyir, çünki Samsung-un aparatı Nexus-dan da ipad-dan da üstün olsa belə Touchwiz adlanan başı bəlalı örtük proqramına görə sürətcə Nexus-dan geri qalır. Amma donma söhbəti yoxdur yeni Note-larda. Bir də mən sürət müqayisəsi yox, işgüzarlıq üçün nəzərdə tutdum. Note-lar hətta donsaydılar belə yenə də istənilən tabletdən daha əlverişli olardılar işgüzarlıq üçün. Əsas fokus işə yox, surfing, media, oyundursa, o halda bəli ya ipad ya nexus yaxşı olar

Dual_Encore (2014-10-18 23:35:54)
bes samsung istifadecileri donma ile bagli sikayet edirler axi

E. Hacı (2014-10-18 21:06:23)
Sənədlər üçün yalnız və yalnız Galaxy Note seriyasından tablet alın. Ya note 8 ya Galaxy Note pro, Galaxy Note 10.1 və s. Düzdür içlərində note 8 bir az köhnəlib, yenisi çıxmır o ölçüdə hələ ki. İndiyədək 6 fərqli tablet işlətmis şəxs kimi deyə bilərəm ki, işgüzar sənəd, qeyd, draft, cizma qara üçün ancaq və ancaq qələm dəstəkli tablet lazımdır, o birilərdə heç cür mümkün deyil rahat. O da ki ancaq note seriyasıdir. Surfing əyləncə media və s üçün isə həm Nexus 9 hem de yeni yeni İPad air əla tabletdir

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Riyaziyyatdan hazirlıq kursları axtarıram

Google hava API

support.google.com ve diger google subdomainleri error verir

Google çeki

İpadda microsoft word proqramında yazılan mətni çap etmək olur?

google map api